Bulvarda kəskin qoxunun yayılması nə ilə bağlıdır? - İDDİALARA CAVAB - VİDEO

Yosunlar, lil və digər bioloji qalıqlar... Ətraf tullantılarla dolu, qarışıq qoxudan ərazidə ayaq saxlamaq mümkün deyil... Qumsal əraziləri isə alaq otu və qamışlıq basıb...
Avtosfer.az xəbər verir ki, görüntülər Bayraq meydanının yaxınlığından, Xəzər dənizinin sahilboyu ərazilərindəndir. Suyun geri çəkilməsi ciddi şəkildə görünür. Dəniz suyunun çəkilməsi nəticəsində üfunətin yayılması yolunu bulvardan salan şəhər sakinlərini də narahat edir.
Suyun çəkilməsi sahil zolağında dəniz dibindəki çöküntüləri də üzə çıxarıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsindən bildirldi ki, Bakı buxtasının Ağ şəhər ərazisindən dövlət bayrağı meydanınadək olan sahil zolağında neft ləkələrinin müşahidə olunması, iy və qoxunun ətrafa yayılması halları baş verir. Aparılan monitorinqlər zamanı sözügedən ərazilərdə sahilboyu müşahidə olunan neft ləkələrinin tərkibinin və çirkləndirilmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə dənizdən və çirklənmiş torpaqdan nümunələr götürülüb, hazırda araşdırmalar davam etdirilir.
Ətraflı videomaterialda.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











