Banner

Buzlu yolda qəza baş verdikdə sığorta şirkəti dəymiş zərəri qarşılayır? - AÇIQLAMA - VİDEO

Yazarlar 22 Fevral 2025 20:00 Oxunub 7492
Buzlu yolda qəza baş verdikdə sığorta şirkəti dəymiş zərəri qarşılayır? - AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qarlı, buzlu yolda baş verən qəza zamanı avtomobilinə ziyan dəyən şəxsləri narahat edən məsələlərdən biri də alacaqları sığorta ödənişidir.

Avtosfer.az xəbər verir ki, illərdir ki, sürücülər arasında belə bir fikir var ki, meteoroloji şəraitə görə, qəza baş verdikdə hərə öz avtomobilini təmir etdirməlidir.

Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki, bu, kökündən yalnış bir fikirdir və belə yanaşma düzgün deyil.

Ekspert deyir ki, qəzaya səbəb olan sürücü bu işə görə mülki məsuliyyət daşıyır. Bəzən sürücülər belə havada qəza zamanı sığorta şirkətini çağırmırlar ki, sığorta tarixçəsi korlanmasın.

Bəs qarlı-şaxtalı havada bir neçə avtomobilin iştrakı ilə zəncirvari qəza baş verdikdə sığorta ödənişi necə tənzimlənir?

ŞƏRH YAZ
Ad

E-mail

Şərh