Buzovnanın qazılaraq asfaltlanmayan yolları - VİDEO

Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində sakinlər yol probleminin həll olunmamasından narazıdırlar. Avtosfer.az-ın məlumatına görə, “Baku.ws”in "qaynar xətt"inə daxil olan şikayətdə bildirilir ki, bir aydan artıqdır asfaltla örtülmüş yolun böyük bir hissəsi qazılaraq borular dəyişdirilib. Daha sonra qazılmış sahə yalnız torpaqla doldurulub və həmin vəziyyətdə də qalıb.
Sakinlərin sözlərinə görə, yağışlı havalar başlayanda həmin ərazi palçığa çevriləcək. Bu isə həm piyadaların, həm də avtomobillərin hərəkətini çətinləşdirəcək:
"İnsanlar işə getmək üçün avtobus dayanacağına, uşaqlar isə məktəbə bu yolla piyada gedirlər. Yağış yağanda isə hər kəs palçıq içində qalacaq. Maşınlar da palçığa batar, yolda görünməyən çalalara düşərək zədə ala bilər".
Onlar həmçinin qeyd edirlər ki, həmin yolun uzunluğu 500 metrdən çoxdur. Bundan əlavə, qəsəbədə bağlara aparan yollar da asfalt örtüyü olmadığı üçün yararsız vəziyyətdədir.
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq










