Çirkab suları altında qalan QƏSƏBƏ – Problem niyə həllini tapmır? - VİDEO

Xəzər rayonunun Mərdəkan və Şağan qəsəbələrində kanalizasiya sisteminin olmaması ərazidə yaşayan sakinlərin rahatlığını pozub. Sərnişin avtobuslarının da keçdiyi qəsəbə yolları kanalizasiya sularının yığıldığı çirkab gölməçəsinə çevrilib. Hər yağış yağanda isə sözügedən ərazilərdə daha acınacaqlı mənzərə yaranır.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Bizim.Media-ya Mərdəkan qəsəbə sakinləri adından Rübabə Ağayeva şikayətlənib.
10 ildən çoxdur eyni problemdən əziyyət çəkdiklərini deyən şikayətçi yağıntılardan sonra Heybətqulu Məmmədbəyli küçəsinin yaxınlığındakı yolların bərbad vəziyyətə düşdüyünü, nəinki piyadalar, hətta avtomobillər üçün hərəkətin çətinləşdiyini deyib.
Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara rəsmi müraciət edilsə də, problem həllini tapmır. Daha doğrusu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sözügedən ünvanda kanalizasiya sisteminin qurulmasına razılıq versə də, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yerin altından elektrik xətləri keçdiyini əsas gətirərək, qazıntı işlərinə icazə vermir.
Daha ətraflı videosujetdə:
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










