Daimi istifadəçilər üçün gediş haqqı ucuzlaşa bilər? – Şərh

Şəhər nəqliyyatının nağdsız ödənişə keçməsi təqdirəlayiqdir. Əhali demək olar ki, bu sistemə tam öyrəşib. Bunun üçün müəyyən qədər infrastruktur da qurulub. Ancaq bu infrastruktur köhnəldikcə daha çox yatırım tələb edəcək. Təsəvvür edin, bir dayanacaqdan aparatın bir neçə saat işləməməsi sərnişinlərin işini nə qədər çətinləşdirir. Xarici ölkələrdə də dayanacaqlarda adətən 1-2 aparat quraşdırılır. Ancaq orada bizdəki kimi növbələr yoxdur.
Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev qeyd edib. O, Bakı Nəqliyyat Agentliyinə gediş haqları ilə bağlı bir sıra məsləhətlər verib:
“Xarici ölkələrdə differensial tarif sistemi tətbiq edilir. Adətən tarif bir gedişlik, günlük (sutkalıq), həftəlik, aylıq, hətta illik olur. Gediş sayı artdıqca bir gedişin dəyəri də aşağı düşür. Məsələn, bir gedişin haqqı 1 avrodursa, aylıq ödəniş zamanı tarif aşağı düşür və bir gediş haqqı təxminən 50 sentə qədər ucuzlaşır. Burada həm əhali qazanır, həm də nəqliyyat şirkətləri. Əhali ona görə qazanır ki, xərcləri azalır və aparatların qarşısında vaxt itirmir. Nəqliyyat şirkətlərinin qazancı isə qısa müddətdə böyük məbləğdə birdəfəlik vəsait əldə etmələri olur. Azərbaycan da sərnişindaşımada differensial tarif sisteminə keçilməlidir. Əgər birdəfəlik gediş haqqı 20 qəpikdirsə, niyə aylıq gediş 15 qəpiyə olmasın? Həmçinin gediş haqlarının artırılması zamanı differensial tarifi tətbiq etməklə artımın əhaliyə neqativ təsirini bir qədər azalda bilər”.
İqtisadçı ekspert “BakıKart”dan başqa digər ödəniş kartları ilə də sərnişinlərin gediş haqqını ödəyə bilməsi üçün şərait yaradılmasının vacib olduğunu bildirib:
“Digər məsələ ödənişin rahatlığıdır. Əhali hələ də “BakıKart”dan asılı vəziyyətdədir. Onlar kartlarını itirdikdə və ya təsadüfən evdə unutduqda yenisini almaq məcburiyyətində qalırlar. Halbuki çıxış yolu ödəniş sistemini digər kartlara da uyğunlaşdırmaqdır. Bunun üçün debet (maaş, pensiya və s.) və kredit kartları, eyni zamanda mobil telefon vasitəsilə ödənişə imkan verən NFC sisteminin tətbiqinə başlanmalıdır”.
Qeyd edək ki, Türkiyədə gediş kartından iki dəfə istifadə etdikdən sonra 3-cü dəfə üçün bonus verilir. Bu tip güzəştlər əksər ölkələrdə keçərlidir.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










