Dayanacaqda siqaret qadağası - FOTO

Azərbaycanda qapalı məkanlarda siqaret çəkilməsi qadağandır və bu prinsipə kifayət qədər əməl olunur. Eyni qanun Türkiyədə də qüvvədədir. Lakin tətbiq forması bir qədər fərqlidir.
Hazırki prezident Rəcəb Tayyip Ərdoğan Baş nazir seçildikdən sonra ilk işlərindən biri siqaretlə mübarizə oldu. Əvvəlcə qapalı məkanlarda dəb halına gəlmiş siqaret ənənəsi yüksək cərimələrlə dayandırıldı. Bu zaman restoran sahibləri bütün stol-stulu küçələrə yerləşdirdilər ki, müştərilər rahat siqaret çəkə bilsin.
Lakin bu üsul da bir müddət sonra yetərsiz oldu. 4027 saylı qanuna edilən dəyişiklikdən sonra əhalinin sıx toplaşdığı yerlər də qanunun təsir dairəsinə aid edildi. Buna görə də tramvay dayanacaqları demək olar hamısı açıq havada yerləşsə də, bu zonalarda siqaret çəkmək qadağandır.
İlk baxışdan ziddiyyətli görünən qadağa reallıqda insanın əsas hüquqlarından irinin təmin edilməsi məqsədi daşıyır. Beynəlxalq konvensiyalara görə hər bir insanın təmiz ətraf mühitdə yaşamaq, təmiz hava ilə tənəffüs etmək hüququ var.
Qaydanı pozanlara gəlincə: qadağan olunmuş yerdə siqaret çəkmək 1000 lirə (53 manat) cərimə ilə cəzalandırılır. Qayda pozan şəxsə adətən siqaret kötüyünü yerə atmağa görə ərazini zibilləmə cəzası da tətbiq edilir. Bunun cəriməsi siqaret cəriməsindən 5 dəfə çoxdur.
Azərbaycana gəlincə: İctimai nəqliyyatdan gündəlik istifadə edən şəxs kimi deyə bilərəm ki, bizdə də belə bir qanunun ciddi şəkildə tətbiqi yerinə düşər. Dayanacaqlarda siqaret çəkmək bir növ normaya çevrilib. Ətraf ərazilər isə siqaret kötükləri ilə doludur.
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası ilə bağlı prosesə start verilib. Amma yerə atılmış siqaret kötüklərinin ekoloji zərəri köhnə Jiqulilərin fəsadlarından heç də az deyil.
Vüqar
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













