Dəmir yol infrastrukturunun inkişafının turizmə və ekologiyaya təsiri - FOTO - VİDEO

Dünyada ilk dəmiryolu xətti 1830-cu ildə İngiltərənin Liverpul və Mançestr şəhərləri arasında sərnişindaşıma ilə fəaliyyətə başlayıb. Bir şəhərdən digər şəhərə qısa vaxt ərzində xeyli sayda insanı daşıma imkanı bu nəqliyyat vasitəsinə marağı sürətlə artırdı. 1844-cü ildə artıq İngiltərədə dəmiryolu ilə daşınan sərnişinlərin sayı 23 milyon, 1854-cü ildə isə 79 milyon nəfərdən artıq olub.
Hazırda dünya üzrə dəmiryolu xətlərinin uzunluğu 1 milyon kilometrdən uzundur. İqtisadi İnkişaf və Əməkdaşlıq təşkilatının proqnozlarına əsasən, dəmiryolu ilə qlobal sərnişindaşıma 2050-ci ilə qədər hər il 3,7% hədlərində artmaqda davam edəcək. Bu sahədə ən böyük artım isə inkişaf etməkdə olan ölkələrdə gözlənilir.
Dəmiryolu infrastrukturu inkişaf etmiş ölkələrin şəhər nəqliyyatında önəmli yer tutur. Bu nəqliyyatın sərnişindaşımada əhəmiyyətli paya malik olması həmin ölkələrdə turizmin inkişafına da dolayı yolla təsir göstərir. Fransa, Belçika və Niderlandda sərnişindaşımada dəmiryolunun çəkisi 10% hədlərindədir.
Bəs dəmir yol infrastrukturunun inkişafı turizm imkanlarının genişlənməsində hansı faydalara malikdir? Azərbaycanda bu infrastrukturun möhkəmlənməsi turizmə töhfə verə bilərmi?
“MediaPost”un qonağı olan DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, turizm sahəsi üzrə ekspert Samir Dübəndi dəmir yolu infrastrukturunun inkişafının turizmə təsirlərindən danışıb:
Ekspertin sözlərinə görə, hazırda pandemiya təhlükəsi turizmə mənfi təsir göstərsə də, bu, müvəqqətidir. İstənilən halda, turizmin gələcək inkişafı üçün dəmir yolu infrastrukturunun inkişafına ehtiyac var.
Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, dünya üzrə sərnişin daşımalarının 8%-i və yük daşımalarının 7%-i dəmir yolu nəqliyyatı ilə həyata keçirilir. Lakin yanacaq vasitəsilə atmosferə buraxılan karbon qazının təxminən 0,3% -i dəmir yolunun payına düşür.
Beynəlxalq araşdırmalara əsasən, dəmiryolu nəqliyyatı ekoloji baxımdan hava, avtomobil və avtobus nəqliyyatından dəfələrlə az zərərlidir.
Ümumiyyətlə, karbon emissiyası qatarların dizel və ya elektrik enerjisi ilə işlədilməsindən və bu elektrik enerjisinin necə yaranmasından asılı olaraq dəyişir.
Qeyd edək ki, Azərbaycanda da Bakı sərnişin-Biləcəri-Sumqayıt və Bakı sərnişin-Sabunçu-Sumqayıt stansiyaları ilə sərnişinlərin daşınmasını təmin edən Bakı Dairəvi Dəmir Yolu xətti tam olaraq elektrikləşdirilib. Həmçinin, 2018-ci ilin sonundan etibarən Azərbaycanda Bakı-Gəncə-Bakı sürət elektrik qatarları fəaliyyətə başlayıb.
Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ekologiya" kafedrasının müdiri, Birləşmiş Oksford Akademiyasının fəxri Professoru Fəqan Əliyev “MediaPost”a dəmir yol infrastrukturunun ekologiyaya təsirindən danışıb. O bildirib ki, atmosferə buraxılan tullantılar baxımından dəmir yolu nəqliyyatı ekologiya üçün daha az zərərlidir:

Fəqan Əliyev
"Çünki avtomobillərdən, eləcə də təyyarələrdən ayrılan tullantı qazları havanı daha çox kirlədir. Böyük tutumlu avtomobillərin tullantıları isə ümumiyyətlə, çoxdur".
Ekoloq vurğulayıb ki, avtomobillər üzrə təmiz yanacağın az istifadə olunması havaya buraxılan tullantıların həcmini artırır. Buna görə də, dəmir yolu nəqliyyatı ekoloji baxımdan daha faydalı nəqliyyat vasitəsidir: "Həmçinin nəqliyyat qəzaları baxımından, dəmir yolları daha təhlükəsiz nəqliyyat vasitəsi hesab olunur və burada qəza hallarına nadirən rast gəlinir".
F. Əliyev Azərbaycanda elektrik qatarlarından geniş istifadə olunduğunu və gələcəkdə bütün qatarların elektrikləşdirilməsinə ehtiyac olduğunu qeyd edir: "Dəmir yolu infrastrukturunun elektrik qatarları ilə təmin olunması ekologiya üçün böyük əhəmiyyət kəsb edir. Sağlam gələcək üçün tullantısız həyata keçid etmək zəruridir".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı











