«Dərnəgül yolu»ndakı dəhşətli qəzanın səbəbi budur - SÜRÜCÜLƏR VƏ SÜRƏT

Dünən gecə Ziya Bünyadov prospektində 10 avtomobilin toqquşması ilə baş verən ağır qəza kifayət qədər ibrətamiz hadisə sayılmalıdır. Avtosfer.az xıtarladır ki, həmin qəzada 1 nəfər ölüb, bir neçə yaralı var. Yeni istifadəyə verilmiş bu yolda qəzalar tez-tez baş verir. İndi qəza ilə bağlı araşdırma aparılır. Lakin hadisənin səbəbi artıq çoxlarına bəllidir…
Bir neçə ay əvvəl əsaslı təmirdən sonra istifadəyə verilmiş bu prospektdə nə svetofor, nə də kəsib keçən yolayrıcı var. Yəni prospektin o başından bu başına və əksinə dayanmadan hərəkət etmək olur. Faciə də elə buradan başlayır. Yol hərəkəti qaydalarından və hərəkət təhlükəsizliyindən anlayışı olmayan və ya çox primitiv anlayışı olan bəzi sürücülərimiz belə şəraiti şütümək üçün əla fürsət hesab edirlər. Sanki həmin yolu şəhərin mərkəzi prospektlərindən biri yox, transkontinental avtomagistral kimi görürlər. Nəticə isə belə faciəli olur.
Maraqlısı odur ki, bu prospektdə hələ ki, sürətə nəzarət üçün qoyulan heç bir vasitə də yoxdur. Bunu da sürücülərin əksəriyyəti bilir və bundan ustalıqla yararlanırlar. Mən də tez-tez həmin prospektlə hərəkət edirəm. Oradakı mənzərə ürəyimi ağrıdır. Çoxları sanki son saniyələrini yaşayan yaxınını görmək üçün tələsir. Bunun nə qovhaqov, nə qaçaqaç olmasını anlamaq mümkün deyil. Hörmətli sürücülər, sizə çox bəsit bircə həqiqəti demək istəyirəm. Bu prospektin uzunluğu təxminən 7 kilometrdir. Həmin məsafəni qaydalar çərçivəsində, yəni 60 km/saat sürətlə getsəniz, cəmi 7 dəqiqə vaxt itirirsiniz. Amma 90 km/saat sürətlə getsəniz, təxminən 5 dəqiqə vaxt itirəcəksiniz. Deməli, bu yola 90-la başa qədər gedən sürücü həmin yolu qaydalara uyğun, intizamla və təhlükəsiz gedən sürücüdən cəmi 2 dəqiqə qabağa düşür. Belə olan halda yaxşı-yaxşı fikirləşin: həmin 2 dəqiqə “Kamaz” və “Şaqman” da daxil 10 maşının arasında qalmağa dəyərmi?
Bu xəbərə mediadakı münasibətləri də nəzərdən keçirdim. Əksəriyyət yazır ki, bu prospektdə ona görə qəzalar çox olur ki, orada radarlar yoxdur. Doğurdan da belədir. Amma .... axı biz insanıq, özü də 21-ci əsrdə yaşayırıq. Qamçı və zopasız yaşaya bilmərikmi? Əminəm ki, yaşaya bilərik, lakin təfəkkürümüzü dəyişmək şərti ilə.
Bəli, bütün faciələrimizin səbəbi təfəkkürümüzdəki qüsurlardır. Bu qüsurları nə qədər tez aradan qaldırsaq, özümüzə və cəmiyyətə yanaşmalarımızı nə qədər tez dəyişsək, bir o qədər az faciələr yaşayarıq. Amma indiki kimi ətalətlə yaşamaqda davam etsək, belə qara xəbərləri də tez-tez olacaq.
Ərşad Hüseynov,
hüquqşünas
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











