Dörd yolun qovşağında XAOS: Sürücülər harada dayanacağını bilmirlər - VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Avtosfer.az "Baku TV"yə istinadən xəbər verir ki, bu dəfə Bakıda yerləşən 20 nömrəli məktəbin qarşısı - Mikayıl Müşfiq küçəsi, Hüseyn Cavid və Parlament prospektlərinin kəsişməsində sürücüləri narahat edən problemlərlə bağlı məlumat verilib. Qeyd edilib ki, Hüseyn Cavid prospektindən Parlament prospekti istiqamətində gedənlər üçün yerdə "Stop" xəttinin olmaması sürücülərdə çaşqınlıq yaradır. Əgər burada başqa istiqamətlərdəki kimi "Stop" xətti olsa, sürücülər də harada dayanacaqlarını bilərlər. Vurğulanıb ki, digər çaşdırıcı məqam isə Nərimanov heykəli istiqamətində - Mikayıl Müşfiq küçəsi ilə gedənlər üçün var: "Əvvəl burada zolaqların sayı bir idi. Bir neçə ay əvvəl Baku TV-nin etdiyi çəkilişdən sonra isə bir zolaq genişləndirilərək iki zolaqla əvəz olundu. Lakin zolağın köhnə sərhədi ilə yenisinin fərqlənməməsi bəzən çaşqınlığa səbəb olur".
Ətraflı süjetdə:
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










