"DTX-nın əməliyyatlarından məlum olur ki, onlar ancaq pul yığmaqla məşğuldurlar, hansı ki..."

“Ümumilikdə bütün cəmiyyəti narahat edən problem odur ki, son illər piyadavurma hadisələrinin sayı artıb və bu say artdıqca, hər kəs kimi biz də narahat oluruq” Bunu Moderator.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Ekspert aidiyyatı qurumların bu istiqamətdə tədbirlər görməsinin vacibliyini vurğulayıb:

“Hazırda Bakıda piyada keçidlərinə nəzarət birbaşa Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir. Yəni keçidlərin təyin edilməsi, onlara nəzarət və rənglənməsi adı çəkilən qurumun tabeliyindədir. Bu istiqamətdə işlər aparılır, amma piyada keçidlərinə nəzarət hələ ki, tam olaraq təmin edilməyib. Əslində piyada keçidləri 150-200 metr məsafədən nişanlar vasitəsilə sürücülərə bildirilməlidir, sürücü əraziyə yaxınlaşanda piyada keçidinin harda olduğunu görməlidir, bunun üçün rəng effekti keyfiyyətli olmalıdır ki, görünə bilsin. Bütün bunlar qanunda öz əksini tapıb və aidiyyatı qurumlar isə bunu icra etməyə borcludurlar. Bəzən elə küçələr olur ki, aidiyyatı qurumlar həmin küçənin yollarıyla bağlı məlumatlı olmur, bunun üçün müraciət etmək lazımdır. Ümumilikdə bütün cəmiyyəti narahat edən problem odur ki, son illər piyadavurma hadisələrinin sayı artıb və bu say artdıqca, hər kəs kimi biz də narahat oluruq. Narahatlıq ondan ibarətdir ki, ümumi yol-nəqliyyat hadisələrinin respublika üzrə təhlilini aparsaq görərik ki, 50 faiz, Bakı şəhərində isə 60 faizdən çoxunu piyadavurmalar təşkil edir. Bakı şəhərində 160 ölüm hadisəsi baş verirsə, onun 130 piyadavurma hadisəsidir. Bunun da səbəbi ondan ibarətdir ki, bir çox yerlərdə rəngi solmuş, işıqlandırılmayan piyada keçidləri var. Məsələyə insan həyatını xilas etmək baxımından yanaşmaq lazımdır”.
Ekspert rayonlarda bu cür tədbirləri görməyə borclu olan məsuliyyətsiz icra başçılarını da tənqid edib: “Cənab prezident tapşırıq verib ki, yollarda kamera, işıqlandırılma quraşdırılsın, amma görün buna riayət edən varmı? DTX-nın əməliyyatlarından məlum olur ki, icra başçıları ancaq pul yığmaqla məşğuldurlar. Hansı ki, ölkə başçısı tapşırıq verib ki, hər bir rayonun İcra Hakimiyyəti küçələri işıqlandırmalıdır. Bunlar onların problemləridir. Onlar rayon ərazisindəki bu cür problemləri aidiyyatı qurumlara çatdırmalıdır. Lakin onlar bu məsuliyyəti öz üzərlərinə götürmək istəmirlər. İcra Hakimiyyəti bilsə ki, orda qazancı var, hansısa formada özünü təsdiqələdəcək ki, burda işi mən aparacam. Amma görürlər ki, işin maddi tərəfi yoxdur, geri çəkilirlər. Bunların əksəriyyəti öz məsuliyyətlərini dərk etmir. Bir çox icra başçıları elə bilir ki, onların işi əlaltıları vasitəsilə pul yığmaqdır”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










