Banner

"Dünya Qarakənd faciəsini mediamızın uğursuzluğu səbəbindən tanımadı" - Professor

Yazarlar 20 Noyabr 2024 18:36 Oxunub 244
"Dünya Qarakənd faciəsini mediamızın uğursuzluğu səbəbindən tanımadı" - Professor
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Ağdamın işğaldan azad edilməsindən dörd il keçməyi ilə yanaşı, Qarakənd faciəsindən də 33 il ötür. Belə ki, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, erməni hərbi dəstələri Azərbaycan hərbi helikopterini vurub. Hadisə nəticəsində Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı professor, əməkdar jurnalist Qulu Məhərrəmli bildirdi ki, Qarakənd faciəsi Azərbaycanın son dövr tarixində ən ağrılı hadisələrindədir.

"Qarakənd faciəsi Azərbaycanın son dövr tarixində ən acı, ən ağrılı səhifələrdən biridir və bu gün biz həmin terror hadisəsində qətlə yetirilmiş, həlak olmuş vətən oğullarının, Azərbaycan xalqının qaymaqları sayılan insanları  ehtiramla yad edirik. Qarakənd faciəsi haqqında heyif ki, o vaxt Azərbaycanın rəsmi informasiya orqanları çox yanlış məlumat verdilər. Yəni dünyaya bu cür çatdırıldı ki, guya vertolyot dağa dəyib, qəzaya uğrayıb, amma əslində, faktiki olaraq bu, erməni quldurlarının həmin helikopteri xüsusi silahla vurması ilə baş vermişdi. Bu faciədə də çox sayılıb seçilən insanlar həlak olmuşdu. Ona görə bu bir dərsdir".

Onun sözlərinə görə, faciənin yetərincə qabardılmamasının səbəbi, dünyaya media tərəfindən yanlış informasiya ötürülməsi oldu.

"Biz baş verən hadisələrlə bağlı dünya ictimaiyyətinə informasiyaları dəqiq, dürüst, məlumat verməliyik. Məsələn, mən Amerikada olanda Vaşinqtondakı media muzeyində həlak olan jurnalistlər sırasında bizim o Qarakənd faciəsində həlak olan jurnalistləri, yəni Alı Mustafayev, Fəxrəddin və Arif Hüseynovun fotolarını görmədik. Səbəbini soruşduqda isə izah bundan ibarət oldu ki, ilkin informasiya necə verilirsə, o cür də qəbul olunur. Ona görə onların ölümünü bunlar terror hadisəsi hesab eləmirdilər. Bu cür belə hadisələr bəzən yenə təkrarlanır. Amma buna qətiyyən yol vermək olmaz. Bu həm də bu bir tarixi dərs idi, bir çox mənalarda, siyasi, hərbi, informasiya işi cəhətdən. Yəni ona görə hər bir hadisədən biz özümüz üçün ibrət dərsi götürməliyik. Hadisədə həlak olanlara Allah rəhmət etsin. Onlar həqiqətən çox ləyaqətli, çox parlaq insanlar idi". (redaktor.az) 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh