Dünyada hər 10 insandan 9-u çirkli hava ilə nəfəs alır - ŞOK STATİSTİKA

2016-cı ildə təxminən 4.2 milyon insan hava çirkliliyindən doğan xəstəlikdən dolayı həyatını itirib. Təxminən 3.8 milyon insan isə evdəki keyfiyyətsiz hava şəraitindən yaşadığı üçün ölüb. Havanın tərkibindəki xeyli miqdarda zərərli elementlər nəfəs yolu ilə insanın ağciyərlərinə dərindən nüfuz edərək, ya da ürək-damar sisteminə daxil olaraq insult, ürək çatışmazlığı, xərçəng və ağciyərlərin xroniki xəstəliyi, respirator xəstəliklərə səbəb ola bilər. Avtosfer.az xəbər verir ki, medvesti.ru-nun məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında göstərilir ki, dünyada hər 10 insandan 9-u çirkli hava ilə nəfəs alır.
ÜST-ə əsasən, havanın ən aşağı çirklənmə səviyyəsi Avropa, Amerika, Sakit okeanın qərbində yüksək gəlirli ölkələrdə qeydə alınır. Buna baxmayaraq, havanın çirkliliyi bu bölgələrdə daimi yaşayan insanların ömrünü 2-24 aya qədər azaldır.
Hesabatda qeyd olunur ki, ən yüksək çirkli hava səviyyəsi isə Cənub-Şərqi Asiyada və Şərqi Aralıq dənizində müşahidə edilir. Orada çirkliliyin səviyyəsi ilə bağlı göstəricilərin beş və ya daha çox dəfə artıq olduğu müəyyən edilib.
Afrika və Asiyada ölüm hallarınln 90%-i çirkli hava ilə əlaqədar yaşanır . Bundan başqa, 3 milyard ( planet sakinlərinin 40%-i) keyfiyyətli mətbəx texnikası olmadığından yemək hazırlayarkən nəfəs alma zamanı toksik qazlar udurlar. Bu toksik qazlar da müxtəlif xəstəliklərin inkişafına gətirib çıxara bilər.
Fidan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












