Elektrikli avtomobillərə parklanma və yaşıl zonalara girişə endirimlər olsun - TƏKLİF

Son illərdə dünyada elektrikli avtomobillərə maraq sürətlə artır. Mütəxəssislər hesab edirlər ki, bu nəqliyyat vasitələri yalnız texnoloji inkişafın göstəricisi deyil, həm də ətraf mühitin qorunması üçün mühüm addımdır. Çünki elektrikli avtomobillər havaya zərərli qazların buraxılmasını azaldır, səs-küy çirkliliyini minimuma endirir və iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "redaktor.az"a fikirlərini bildirən ekoloq Cavid Hüseynov bildirdi ki, elektrikli avtomobillər bu gün mövcud olan digər avtomobillərdən fərqli olaraq ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitələrindən biri hesab edilir:
"Onlar daxili yanma mühərriki ilə deyil, elektrik enerjisi ilə işlədiyindən istismar zamanı atmosferə zərərli qazlar atılmır və şəhər havasını qaz emissiyaları ilə çirkləndirmir. Bu da iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək istəyənlər üçün ən ideal seçimdir. Həmçinin, elektrik mühərrikləri ənənəvi yanma mühərriklərindən əhəmiyyətli dərəcədə daha səssizdir və şəhərlərdə səs-küyün səviyyəsini azaltmağa kömək edir. Hibrid avtomobillər qısa məsafələrdə və şəhər şəraitində elektrik mühərrikindən istifadə etməklə yanacağa əhəmiyyətli dərəcədə qənaət edir, ənənəvi benzin və ya dizel avtomobilləri ilə müqayisədə atmosferə zərərli maddələrin ümumi emissiyalarını, həmçinin yanacaqdoldurma tezliyini azaldır. Hibrid avtomobillərdə ənənəvi yanma mühərrikli avtomobillərdən daha səssizdir. Bu, xüsusilə elektrik mühərrikinin aşağı sürətlə işlədiyi şəhər mühitində rahat və səssiz yürüşü təmin edir".

Ekspert bildirdi ki, bəzi ölkələrdə elektrikli və hibrid avtomobillər üçün tez-tez müxtəlif vergi güzəştləri və ya subsidiyalar, alış və texniki xidmət xərcləri üzrə endirimlər edilir, həmçinin parkinq və yaşıl zonalara girişə də endirimlər əldə edə bilərlər:
"Ölkəmizdə də belə güzəştlərin tətbiqi, elektrikli və hibrid avtomobillərə olan iqtisadi marağı artırmaqla, həm şəhər mühitində rahat və səssiz yürüşü təmin edəcək, həm də iqlim dəyişikliyi ilə mübarizədə öz əhəmiyyətli töhfəsini verəcək".
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











