Reklam

Elektron tərəzilərin qoyulması yox, kimlərin nəzarət edəcəyi önəmlidir - AÇIQLAMA

Yazarlar 4 Noyabr 2024 17:45 Oxunub 222
Elektron tərəzilərin qoyulması yox, kimlərin nəzarət edəcəyi önəmlidir - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Zəfər yolu" adlanan Füzuli–Şuşa avtomobil yolunda elektron tərəzinin quraşdırılması işlərinə başlanılıb.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük daşıımaları departamentinin rəhbəri Sübhan Əbilov Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə təşkil edilmiş mediaturda deyib.
"Qaradağda yolun hər iki istiqamətində quraşdırılan elektron tərəzilər vasitəsilə son 10 gün ərzində hər iki istiqamətdə 75 000 yük nəqliyyat vasitəsinin keçidi qeydə alınıb və onların içərisində qayda pozuntusu törədənlər barəsində məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin İnformasiya Sisteminə ötürülüb", - S. Əbilov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması layihəsinin 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.
O qeyd edib ki, Azərbaycanda Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda 3 yerdə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 1 yerdə elektron tərəzilərin quraşdırılması işləri tamamlanıb:
"Bu günədək ölkədə 6 elektron tərəzi quraşdırılılıb, ümumilikdə isə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb".
 
Nəqliyyat eksperti İlqar Hüseynli
 açıqlamasında deyib ki, yollarımızın bərpası, yenidən qurulması və avtomobil yollarının tikintisi üçün ölkəmizin büdcəsindən milyardlarla manat vəsait xərclənir:
“Təəssüflər olsun ki, bu xərclənən vəsait nəzərə alınmır və yollarda yükdaşıma ilə bağlı olan iritutumlu nəqliyyat vasitələri normadan artıq yük vurduqları üçün həmin yollar amortizasiya qabiliyyətinin dövrünü başa vurmuş olur. Bundan sonra isə yenidən təmirə ehtiyac yaranır. Bu da dövlətin büdcəsindən artıq vəsaitlərin xərclənməsinə gətirib çıxarır. Ümumiyyətlə elektron tərəzilərin qoyulması şərt deyil. Əsas odur ki, elektron tərəziyə kimlər nəzarət edəcək və normadan artıq vurulan yükün qarşısı alınacaqmı? Elektron tərəzinin quraşdırılmasının mənfi tərəfləri yoxdur. Elektron tərəzidə yükün artıqlığına nəzarət edən qurumlar rüşvət almayıb normadan artıq yüklə dolu maşınların hərəkətinə icazə verməsələr müsbət hal olacaq”.
 
(sherg.az)
ŞƏRH YAZ
Ad

E-mail

Şərh