Əlillər yoldan, liftdən istifadə edə bilmir, piyadalar üçün eskalatorlar işləmir - Ekspertdən ETİRAZ

Bakı şəhərində qurulan səki və panduslar əlilliyi olan şəxlər üçün keçilməz maneəyə çevrilib. Eynilə piyadalar yol gedərkən bir sıra problemlərlə qarşılaşırlar.
Problemlər necə həll oluna bilər?
Avtosfer.az-ın məlumatına görə, nəqliyyat eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı "redaktor.az"a açıqlamasında bildirdi ki, Bakı şəhərində, eynilə digər şəhərlərdə də piyadayönümlülüyə o qədər də fikir verilməyib:

"İllərdir ki, piyadalar üçün şəhərlərimiz təhlükəli olub. Son illər ərzində piyada səkilərinin genişləndirilməsi, təhlükəsizlik zonalarının yaradılması, əlilliyi olan insanların araba ilə hərəkət etməsi üçün pandusların qurulması həyata keçirilib. Amma düşünürəm ki, bu proses daha da sürətləndirilməlidir".
Nəqliyyat eksperti vurğuladı ki, “Şəhər mobilliyi” layihəsi həyata keçirilir.
"Özü-özlüyündə böyük sosial-iqtisadi bir layihədir. Əsas məqsədlərdən biri şəhərdə hər kəs üçün hərəkətin sərbəst olmasıdır. Piyadaların əsas problemlərindən biri ondan ibarətdir ki, yeraltı piyada keçidlərinə enən eskalatorlar çox zaman işləmir. Eyni zamanda əlillər yoldan rahat istifadə edə bilmirlər. Yerüstü piyada keçidlərinə qalxmaq üçün liftlər işləmir. Ümid edirik ki, onlar da təmir olunar. Bu məsələlərin həll edilməsi üçün 2025–2030-cu illəri əhatə edən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramı var. Dövlət proqramında qeyd etdiyim məsələ təsvir edilib. Bu isə bütün yeraltı və yerüstü piyada keçidlərində olan lift və eskalatorların bu ilin sonuna qədər təmir olunub istifadəyə verilməsidir", - deyə E.Cəfərov qeyd etdi.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











