Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı – AÇIQLAMA - VİDEO

Səhiyyə Nazirliyi Bakıda yerləşən "German Hospital" adlı özəl xəstəxanada əməliyyat zamanı cərrahın ad gününün qeyd edilməsinə münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, bu barədə nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) "Unikal"a verilən məlumata görə, faktla bağlı yoxlamalara başlanılıb. Qurumdan məsələnin ciddi araşdırılacağı bildirilib.
Açıqlamada qeyd olunur ki, yoxlamanın nəticəsi barədə ətraflı məlumat veriləcək.
***
"Hadisədən xəbərim yox idi. Tibb bacıları otağa daxil olanda çaşıb qaldım. Çevrilib gördüm ki, mənə belə bir sürpriz ediblər. Mən vəziyyəti başa düşənə qədər müəyyən vaxt keçdi. Məni təbrik etmək üçün otağa daxil olanlar da hamısı əməliyyatda iştirak edən tibb bacılarıdır. Onlara mən nə deyə bilərdim ki?"
Avtosfer.az Oxu.az-a istinadənə xəbər verir ki, bunu sözügedən görüntülərdə yer alan cərrah mama-ginekoloqu Ləman Əliyeva deyib.
O qeyd edib ki, həmin görüntüləri paylaşdığı üçün peşmandır:

"Sadəcə o anda sevincli idik. Bunun mənfi reaksiya ilə qarşılanacağını düşünmədik".
Həkimin sözlərinə görə, baş həkim və direktor onlara xəbərdarlıq edib.
***
Azərbaycanda həkim əməliyyat zamanı doğum gününü qeyd edib.
Həkim bu barədə öz "Instagram" hesabında paylaşım edib.
Görüntülərdən məlum olur ki, "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb.
Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.
Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.
Ətraflı videoda:
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










