Ərşad Hüseynovdan isti havalarla bağlı sürücülərə TÖVSİYƏLƏR

Hüquqşünas Ərşad Hüseynov havaların isti keçməsi ilə bağlı sürücülərə müraciət edib. Müraciətdə bildirilir ki, belə havalar yol nəqliyyat hadisələrinə səbəb olur. Ona görə də sürücülər aşağıdakı qaydalara müraciət etməlidir.
Avtosfer.az müraciəti təqdim edir:
"Sürücü və sərnişinlər nəzərə alsınlar ki, belə qızmar havada kondisionersiz avtomobillə yola çıxmaq çox risklidir. Ən riskli vaxt isə 11.00-18.00 arası olan saatlardır.
Unutmayın ki, günəş altında ən çox qızan yer asfalt yollardır. Təsəvvür edin ki, havanın temperaturu 40 dərəcədən çoxdursa, asfaltın üzərində 1-2 metrlik hava təbəqəsinin temperaturu 50-dən çox olacaq (asfaltın öz temperaturu 60-ı, hətta 70-i keçə bilər).
Pəncərəsi açıq avtomobildə hərəkət edərkən belə qızmar hava axını insan bədəninin mayesini daha qısa müddətdə azaldacaq, gözlər qurumağa başlayacaq. Adamın yaşından və səhhətinin ümumi vəziyyətindən asılı olaraq bunun ciddi fəsadları ola bilər, sükan arxasında sürücünün halının pisləşməsi ağır qəzaya səbəb ola bilər.
Özünüzü qoruyun".
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










