«Evimizi yıxan insan amilidir» – Ekspert qəzalardan danışdı

Son günlər ölkəmizdə baş verən ağır yol qəzalarının ardı-arası kəsilmir. Az qala hər gün qəzet və sayt manşetlərini “bu gün də dəhşətli avtomobil qəzası baş verib” xəbərləri “bəzəyir”. Bir sözlə, ölkənin yolları can alır. Məsələn, ötən günlərdə Bakı Sumqayıt yolunda yaşanan və kütləvi ölümlə nəticələnən faciəvi qəzanın ardınca, dünən də Qazax-Gürcüstan magistral yolunun 285-ci kilometrliyində dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, Şəmkir rayon sakini Rasim Həsənovun idarə etdiyi “Kamaz” markalı yük maşını Salyan rayon sakini Elnur Babayevin idarə etdiyi “BYD” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik maşınında olan sərnişinlər – Coşqun Babayev, Şamil Babayev və Ramin Babayev aldıqları xəsarətdən dünyalarını dəyişiblər. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, ölənlərin bir ailənin üzvü olduqları bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Şübhəsiz ki, sıravi vətəndaşlarla yanaşı, parlamentariləri də narahat edən bu məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb. Belə hadisələrin qarşısının alınması yönündə çox ciddi proqramlar hazılanaraq, qəbul edilib. Qanunda sürücülərin məsuliyyətsizliyi və qeyri-peşəkarlığına dair boşluqlar doldurulub. Bir sözlə, sözügedən sahə ilə bağlı qanun sərtləşdirilib. Buna rəğmən yenə də heç bir irəliləyiş müşahidə olunmur. Əksinə, yollardakı qəzaların sayı getdikcə artır. Maraqlıdır, görəsən belə ağır yol nəqliyyat hadisələrinin sayını aradan qaldırmaq üçün daha hansı addımlar atılmalıdır?
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov aim.az-a deyib ki, bütün hallarda qəzaların səbəbi intizamsızlıqdır: “Evimizi yıxan insan amilidir. Sürücülərin məsuliyyətsizliyi və təhlükəsizliyə dair təfəkkürlərinin zəif olması inanılmaz faciələrə yol açır. Sürücülərin təfəkkürünü dəyişmək lazımdır. Yalnız sürücü deyil, yol tikən və yola nəzarət edən də intizamsızlıq edir. Kompleks intizamsızlıq mövcuddur. Yol qaydasında tikilmir. Maneə olan yollara nişan qoyulmur. Sürücülərdə də məsuliyyət hissi yoxdur. Sükan arxasında oturub, ayağını qaza sıxıb gedir. Heç kəsi nəzərə almır. Belə qəzaların kökü təfəkkürümüzlə bağlıdır. Bu təfəkkürü dəyişməliyik. Maariflənməliyik”.
Ekspertin sözlərinə görə, sürücülərlə bağlı çıxarılan qərarlar kifayət qədər sərtdir: “Məsələn, son hadisədə 3 adam dünyasını dəyişib. Yəni həmin sürücüyə 9 ildən artıq cəza verilə bilər. Bundan artıq nə cəza kəsmək olar. Güllələnmə müəyyən etməli deyilik ki? Hüquq pozuntusunun qarşısını almaq üçün kompelks yanaşmalar olmalıdır. İnsan təfəkkürü dəyişməlidir”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












