Evləri su altında qalan sakinlər: Qurumlara müraciət etmişik, baxan yoxdur - VİDEO

Yağışlar Xəzər rayonunun Şağan qəsəbəsində də ciddi fəsadlara yol açıb.
Avtosfer.az xəbər verir ki, bəzi ərazilər su altında qalıb.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, problem həll olunmayıb.
"Boruların gözü tutulur, kanalizasiya suları həyətlərə, evlərimizə dolur. Müvafiq qurumlara müraciət etmişik, baxan yoxdur. Xahiş edirik, bizə kömək etsinlər, bura kanalizasiya xətti çəksinlər, ağ günə çıxaq. İki aydır çox ağır vəziyyətdəyik, yaşamaq mümkün deyil. Uşaqlar məktəbə gedib-gələ bilmirlər, belimizdə aparırıq", - deyə narazı sakinlərdən biri deyib.
Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sözçüsü Ceyhun Musaoğlu bildirib ki, Xəzər rayonunun Şağan qəsəbəsində qurumun mərkəzləşdirilmiş tullantı su və yağış sularının kənarlaşdırılması şəbəkəsi mövcud deyil. Sakinlər evlərini gölün ərazisində inşa ediblər. Bu səbəbdən də qrunt suları vaxtaşırı ətrafa yayılır.
Belə fors-major hallar olduqda adıçəkilən qurum tərəfindən yağış sularının təmizlənməsi üçün hər bir köməklik göstərilir. Ceyhun Musaoğlunun sözlərinə görə, intensiv yağıntılar zamanı texnikalar gücləndirilmiş rejimlə ərazidə fəaliyyət göstərir. Evlər tikilməzdən əvvəl ərazi göl olduğu üçün yağıntılar zaman qrunt suları daha da çoxalır.
Ətraflı Baku TV-nin süjetində:
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










