Eyni istiqamətli yolda qoşa xətt lazımdırmı? - FOTO

Bakı şəhərində sürücülərin qarşılaşdığı tipik problemlərdən biri də eyni istiqamətdə hərəkət zolaqlarının arasına çəkilmiş qoşa xətdir. Avtosfer.az bildirir ki, sürücülərin daha çox aeroport yolunda, Zığ şosesində və bir sıra digər yerlərdə rast gəldikləri belə mənzərə yollarda nişanlanma işlərinin qanunvericiliyi kobud şəkildə pozmaqla həyata keçirilməsinin nəticəsidir. «Yol hərəkəti haqqında» Qanunun 69-cu maddəsinin tələbinə əsasən, 1.3 nişanlanma xətti (bütöv qoşa xətt) hər iki istiqamətdə hərəkət üçün dörd və daha çox hərəkət zolağı olan (yəni qarşılıqlı hərəkət olan və eyni istiqamətli zolaqlarının sayı ən azı 2 olan) yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırmaq üçün tətbiq olunur. Bu xətti kəsib keçmək qadağandır. Qoşa xətt (1.3 nişanlanma xətti) heç bir halda eyni istiqamətli hərəkət zolaqlarını ayırmaq üçün tətbiq oluna bilməz. 1.3 nişanlanma xəttini hərəkət hissəsi ilə eyni səviyyədə olan və örtüyü də hərəkət hissəsinin örtüyü ilə eyni olan ayırıcı zolağın kənarlarına (yəni hərəkət hissələrinin ayırıcı zolaq tərəfdəki kənarlarına) çəkilmiş 1.1 nişanlanma xətləri ilə eyniləşdirmək olmaz. Nəzərə almaq lazımdır ki, 1.3 nişanlanma xəttində qoşa xətlər arasındakı məsafə 0,10-0,18 metr (10-18 santimetr) olmalıdır («Yol nişanları və siqnalları haqqında» Konvensiyaya 2 saylı Əlavənin II bölməsinin 3-cü bəndi), ayırıcı zolağın eni (yəni ayırıcı zolağın kənarlarına çəkilən 1.1 nişanlanma xətləri arasındakı məsafə) isə dəfələrlə böyük olmalıdır.
Əgər eyni istiqamətli hərəkət zolaqlarını ayırıcı zolaqla ayırmaq (yəni eyni istiqamətli yolu iki hərəkət hissəsinə ayırmaq zəruridirsə, bunu çox diqqətlə etmək lazımdır. Bu zaman ilk növbədə ayırıcı zolağın eni kifayət qədər olmalıdır. Bundan başqa, həmin ayırıcı zolağın örtüyü rəng tərtibatı ilə fərqləndirilməlidir. Belə rəng tərtibatı qismində isə bizim yol hərəkəti qaydalarına uyğun olaraq ayırıcı zolağın kənarını bildirən 1.1 nişanlanma xətti arasına bucaq altında ağ xətlərin çəkilməsi çıxış edə bilər. Özü də belə ayırıcı zolaqların müəyyən yerlərində nəqliyyatın bir hərəkət hissəsindən digər hərəkət hissəsinə keçə bilməsinə imkan vermək üçün kəsiklər olan yerdə ayırıcı zolağın bir tərəfindəki xətti qırıq-qırıq etmək yox, kənarlardakı xətləri ovallaşdıraraq qapamaq lazımdır.
Ərşad Hüseynov,
Yol hərəkəti üzrə ekspert
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












