Banner

Gecə qatarlarının da fərqli istiqamətdə təşkilinə ehtiyac var - Ekspertdən TƏKLİF

Yazarlar 17 Dekabr 2024 21:00 Oxunub 188
Gecə qatarlarının da fərqli istiqamətdə təşkilinə ehtiyac var - Ekspertdən TƏKLİF
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Gecə qatarlarının regionlar üzrə bərpasının tərəfdarıyam. Çünki bu, vətəndaşlar üçün çox rahatdır. Gecə yolda olub, səhər şəhərə çatıb, bütün işlərini görüb və eyni qatarla qayıtmaq çox rahatdır. Sabit qrafiklə hamı bilir ki, nə vaxt gedir və bütün gecəni yolda olaraq vaxtı da səmərəli istifadə etmək mümkündür. Qatar, xüsuslə gecə qatarları hal-hazırda Avropada renesans dövrünü yaşayır. Ona görə də əlimizdə olanları sürətlə təmin etməli və yeni sifarişlər də etməliyik. Gündüz elektrik qatarı ilə yanaşı, gecə qatarlarının fərqli istiqamətdə təşkili barəsində də düşünmək lazımdır".

Avtosfer.az-ın məlumatına görə, bu barədə redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi.

O qeyd etdi ki, regionların Bakıya daxil olmadan birbaşa əlaqəsi təmin edilməsi istiqamətində düşünməyə dəyər:

"Bu günə qədər olan variantlarda bizim marşrutlarımız əsasən Bakı-regionlararası olub. Amma regionların Bakıya daxil olmadan birbaşa əlaqəsinin təmin edilməsini də düşünmək olar. Məsələn, Balakəndən Astaraya, Astaradan Böyük Kəsiyə, Yalamadan Balakənə və ya Yalamadan Böyük Kəsiyə, yaxud  Yalamadan üzü Astaraya və həmçinin Horadiz, Ağbənd istiqamətinə də reyslər təşkil etmək olar. Ümumiyyətlə, Bakıdan birbaşa reyslərlə yanaşı, fərqli istiqamətləri əlaqələndirən birbaşa reyslərə də ehtiyac var", - deyə Rauf Ağamirzəyev bildirdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh