Reklam

Gürcüstana avtomobillə gedənlər ehtiyatlı olsun - VİDEO

Yazarlar 8 Avqust 2015 18:56 Oxunub 4822
Gürcüstana avtomobillə gedənlər ehtiyatlı olsun - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Devi Xeçinaşvili: «Qonaqlarımızın nəqliyyat vasitələri qanun çərçivəsində qorunmur, bu faktdır»

Yay mövsümündə insanların bir çoxu istirahət məqsədilə xarici ölkələrə öz avtomobili ilə səfər edir. Bu səfərlər zamanı isə qəzalar da qaçılmaz olur. Əksər ölkələr məhz bu səbəbdən sərhəddən daxil olan hər bir maşını məcburi qaydada sığortaya cəlb edir. Amma Gürcüstanda ümumiyyətlə avtomobillərin icbari sığortası yoxdur. Əgər siz öz avtomobilinizlə Gürcüstanda qəzaya uğrasanız, nə baş verəcək?

Gürcüstan bu gün dünyada icbari avtomobil sığortasının mövcud olmadığı az sayda ölkələrdən biridir. 2014-cü ildə hökumət icbari sığortanın tətbiqi ilə bağlı məsələni gündəmə gətirsə də, sonda hələ hazır olmayan qanun layihəsinin 2017-ci ildən qüvvəyə minməsi qərara alındı. Ölkə rəhbərliyi layihəni təxirə salmasını insanların maddi vəziyyətinin yaxşı olmaması ilə əsaslandırır. Gürcüstanda icbari sığortanın olmaması bu ölkəyə müvəqqəti səfər edən xarici avtomobillərin də taleyini sual altında qoyur. Burada ən çox görünən Azərbaycan nömrəli avtomobillərdir ki, onların da yol-nəqliyyat hadisəsinə məruz qaldıqları zaman tərəflərin hər hansı bir sığorta məsuliyyətindən söhbət gedə bilməz.

“Bizim yollarda 1 milyon gürcü maşını, bir neçə yüz min qonaq avtomobil hərəkət edir. Onların da böyük əksəriyyəti azərbaycanlılara aiddir və təəssüf ki, həmişə nəsə baş verir. Lakin elə bir sistem yoxdur ki, bu hadisələri tənzimləsin. Bir sözlə, qonaqlarımızın nəqliyyat vasitələri qanun çərçivəsində qorunmur, bu faktdır”, – deyə Sığorta Şirkətləri Assosiasiyasının sədri Devi Xeçinaşvili bildirib.

Dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda xarici ölkə avtomobillərinin məcburi qaydada sığortalanması elə gömrük keçid məntəqəsindəcə reallaşır.

Hələlik Gürcüstanda bu sistem olmadığından Azərbaycan tərəfi avtomobil sahiblərinə könüllü qaydada sığortalanmağı tövsiyyə edir.

“Şüurlu vətəndaşlar müraciət edir sığorta şirkətinə, könüllü qaydada sığortalanır. Deyim ki, onların sayı çox azdır. Könüllü sığorta onların Gürcüstan ərazisində məsuliyyətini sığortalayır”, – deyə Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov qeyd edib. Bu cür ehtiyat tədbiri görməyənlər isə yad ölkədə yarana biləcək əlavə xərcləri və ciddi problemləri nəzərə almalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh