Hansı halda kasko sığorta edilən avtomobilə görə yüz faiz ödəniş olur? – ARAŞDIRMA - VİDEO

Kasko sığortası olan avtomobilə 70-75 faiz zərər dəydikdə belə onun dəyəri tam ödənilməlidir.
Avtosfer.az xəbər verir ki, avtomobillərin kasko sığortası günü-gündən populyarlaşır. Xüsusilə yeni model və nisbətən bahalı avtomobillər üçün bu sığorta məhsulunu alanlar az deyil. Sığorta ekspertləri bildirirlər ki, kasko sığorta zamanı bağlanan müqavilənin bəndləri iki tərəfin də razılığı əsasında müəyyən edilməlidir. Avtomobil sahibi razılaşma əsasında kasko sığorta ilə bir çox risklərdən öz mülkünü qoruya bilər. Tövsiyə edilir ki, mütləq könüllü sığorta məhsulu alan şəxs müqavilənin şərləri ilə tanış olsun.
Bəs sığorta şirkəti qəza zamanı hansı hallarda avtomobilin dəyərini tam şəkildə sahibinə ödəməlidir? Həmçinin bu vaxt qəzaya düşən avtomobilin sığorta şirkətinin öhdəliyinə verilməsi prosesi necə həyata keçirilir?
Ekspert Vüsal Bədəlov deyir ki, xüsusilə yüngül qəzalarda kasko sığorta ilə avtomobilə dəyən zərər tam qarşılanır. Qəza ağır olan zaman da sığorta şirkəti maşına dəyən ziyanı tam şəkildə ödəməlidir. Bunun üçün sığorta qanunvericiliyində konkret şərtlər var.
Ekspertin sözlərinə görə, bəzi hallarda isə kasko sığortası olan avtomobilə ödənişdən imtina edilə bilər.
Ətraflı videomaterialda.
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq








