Həmin cərimələr ləğv ediləcək? – RƏSMİ AÇIQLAMA

Bir neçə gündür, taksi sürücülərinin boykot kampaniyası müzakirə obyektinə çevrilib. Belə ki, onların əsas tələbləri avtobus zolağında sərnişin mindirib-düşürən zaman qüvvədə olan cərimə tətbiqinin ləğv edilməsi ilə əlaqədar olub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə tələblərə baxılacağını deyib.
Sözügedən cərimələr istiqamətində hansı addımlar atıla bilər?
Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, taksi sürücülərinə imkan yaradıla bilər:

Elməddin Muradlı
“Yalnız onlar deyil, bütün sürücülər nəzərə alınmalıdır. Avtobus zolağına daxil olaraq sərnişini mindirib-düşürməkdə problem yoxdur. Bunu etmək maksimum bir dəqiqə vaxt alır. Bundan sonra sürücülərdə də mədəniyyət formalaşacaq. İndiki halda yaşananlar normal hesab olunmur. Məsələn, Azneft dairəsindən Dəniz Vağzalına qədər avtobus zolağı mövcuddur. Təkcə “Park Bulvar”ın qarşısında sərnişini mindirib-düşürmək olur. Təsəvvür edin, biri uşağını Kukla Teatrına gətirir. Onu necə düşürsün?! Belə məsələlər tənzimlənməlidir. Ümid edirəm, aidiyyəti qurumlar məsələni müzakirə edərək həlli yolunu tapacaqlar”.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, qurum tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində mütəmadi olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir:

Toğrul Nəsirli
“Mövcud qanunvericiliyin tələblərinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağda digər nəqliyyat vasitələrinin hərəkəti, eləcə də dayanması qadağandır. İstisna hal olaraq “Yol Hərəkəti Haqqında” Qanunun 48-ci maddəsində qeyd olunur ki, zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılıbsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minib-düşməsi üçün bu zolağa keçməyə icazə verilir. Lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün mane yaratmamalıdır. Sürücülərdən bir daha qaydalara riayət etmələrini xahiş edirik”.(global.info)
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











