Heykəli “mırta” dağıdanlar və ya Vətənə "atviçat" olmaq

Bakıda Hacı Zeynalabidin Tağıyevin təsbehinin sındırılması məsələsi illər öncə yaşadığım bir hadisəni mənə xatırlatdı. 2013-cü ilin may ayı idi. Hamımızın “Tarqovıy” kimi tanıdığı Nizami küçəsində müxtəlif heykəllər qoyulub. Bəziləri həmin heykəllərlə şəkil çəkdirir, bəziləri isə həmin heykəllərə sadəcə maraqla baxıb keçir.
Amma bəziləri isə..
Axşam işdən çıxanda yolumuzu “Tarqovıy”dan saldıq. Burada qoyulmuş məşhur çətirli qız heykəlini iki yeniyetmə oğlanın sözün əsl mənasında sındırmaq istədiyinin şahidi olduq. İş yoldaşımla birgə “ay uşaq niyə belə edirsən axı?” deməyimizə peşiman olduq. Hələ 13-14 yaşı təzəcə tamam olan, əlində siqaret olan bir uşaq çevrilib “mırta, qaqaş sən buna atviçatsan” deyəndə öz-özümə donub qaldım. Yarım saat ərzində bu iki yeniyetmə nə öz elədiyi hərəkətin mənasını izah edə bilmədi, nə də ki, olunan öyüd-nəsihətə qulaq verdi. Eləcə tutulan hər iradda “sən bu qıza atviçatsan” deyib dayandı. Düzdür ayrılanda dilucu da olsa üzr istədi ki, bəs deyəsən səhvini başa düşüb. Amma iki addım aralanmamış “bular guya vətənpərvər çıxıblar da” sözlərindən sonra hələ də öz əməllərinə haqq qazandırırdılar.
Əslində insanda dağıtmaq ehtirası iki hissdən qaynaqlanır. Bəziləri sadəcə öz daxili aləmində olan hirsi bayıra tökmək üçün bunu edir. Bir çoxları isə həmin bu iki yeniyetmənin dediyi kimi “mırta.” Yəni, belə insanlarda sosial həyata qarşı aqressiya olur. İki yeniyetmənin “axı bu vətən bizimdir, bax bu ağacları, bu parkı sındırsan, dağıtsan sabah harda dincələcəksən?” sualına sadəcə olaraq “uje ağaclara da atviçatsan qaqaş” deməsi məni lap məyus etdi.
Ən maraqlısı isə yanımızdan ötən insanların bu mənzərəyə laqeyd qalması idi. Kim sındırdı, kim dağıtdı elə bil heç kimə dəxli yoxdur. Buna laqeyd qalmayanlara sanki dəli kimi baxmaq isə lap dəhşətlidir. Əgər kimsə belə halları görəndə etiraz edirsə deməli ya dəlidir, ya da demaqoq?!
P.S. Bir şeyi unutmaq olmaz. Kimliyindən asılı olmayaraq əgər bu torpaqda yaşayırsa, buranın havasını udur, çörəyini yeyirsə ən azı ətrafına sayğı olmaldır. Unutmaq lazım deyil ki, hər birimiz bu Vətənin daşına, torpağına, hətta quru bir ağac budağına belə “atveçat” olmalıyıq.
Orxan Əli
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











