"İctimai nəqliyyat inkişaf etdirilməlidir"- AÇIQLAMA

Son zamanlar paytaxt ərazisində ciddi sıxlıq müşahidə olunub. Hazırda demək olar ki, günün bütün saatlarında tıxaclar yaranıb. Big.az-a açıqlama verən ekspert Elməddin Muradlı məsələyə aydınlıq gətirib:
"Tıxac problemi həyatımızın bir parçasına çevrilib. Bu vaxtında görülməyən tədbirlərin nəticəsidir. Çıxış yolu artıq getdikcə daralır. Son zamanlar tıxacın yaranma problemi yollarda intensivlik, şəxsi avtomobillərin sayı artıb. Sərhədlər bağlı olduğuna görə yay tətilində şəxsi avtomobillə xaricə çıxanlar demək olar ki yoxdur. Daha doğrusu gedə bilmirlər. Yol infrastrukturu ilə ciddi məşğul omaq lazımdır. İctimai nəqliyyat inkişaf etdirilməlidir. İnsanları şəxsi avtomobildən uzaq tutmaq üçün ictimai nəqliyyatın imkanları genişləndirilməli, saat kimi dəqiq işləməlidir. Əks-təqdirdə vəziyyət daha da ağır olacaq. Getdikcə şəxsi avtomobillərə maraq artmaqdadır. Yollarda qalmamaq, sıxlığa düşməmək üçün vətəndaşlar şəxsi avtomobillərə üstünlük verirlər. Burada insanları qınamaqda olmur. Hamı mənzil başına tez və rahat çatmaq istəyir. Heç kim iş yerinə gecimək istəmir. Bu səbəblər artıq göz qabağındadır. Bu sadalananların tək çarəsi ictimai nəqliyyatın inkişafından keçir. Hələlik başqa bir çıxış yolu görünmür".
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq










