Reklam

İctimai nəqliyyatda qiymət bahalaşacaq?

Yazarlar 15 Aprel 2022 11:18 Oxunub 2730
İctimai nəqliyyatda qiymət bahalaşacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hazırda ölkədə bir çox məhsulun, o cümlədən yanacağın, ehtiyat hissələrinin qiymətində bahalaşma müşahidə olunur. Bu bahalaşmaların fonunda sərnişindaşıma şirkətlərini 30 qəpiyə xidmət göstərməyə məcbur etmək nə dərəcədə düzgündür?

Bu sözləri Axar.az-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı sərnişindaşıma şirkətlərinin gediş haqqının artırılması barədə müraciətlərini dəyərləndirərkən deyib.

“Sərnişin olaraq qanun-qayda ilə iş tələb edirik, avtobusun kondisionerlə, isitmə sistemiylə təchiz olunmasını istəyirik, həm də gediş haqqının 30 qəpik olmasını istəyirik. Reallıq isə onu göstərir ki, Bakı şəhərində 1 sərnişinin daşınma xərci 50-80 qəpik arasıdır. Hazırda marşrut xətt sahibləri ziyana işləyir. Dövlət sahibkara dəstək olmalıdır. Bu gün isə bu sahibkarlara dəstək çox aşağı səviyyədədir. Yanacağın qiyməti qalxandan sonra dövlət gediş haqqının artırılmasına qarşı çıxmışdı. Əvəzində isə sahibkarlara dotasiya ödəyəcəyini bildirmişdi. Amma bu məsələ də yarımçıq həll olundu. Çünki sərnişindaşıma şirkətlərinin çoxu qanuni fəaliyyətə keçməmişdi. Sürücülər əmək müqaviləsi ilə işləmir, rəsmi sənədlərin qaydasında olmaması kimi problemlər var və bu da onların normal dotasiya almasına imkan vermədi”, - ekspert bildirib.

Ekspert qiymət artımının tərəfdarı olmadığını da deyib:

“Daşıyıcı şirkətlərin haqsız olduğunu düşünmürəm, amma indiki həssas məqamda qiymət artımının da tərəfdarı deyiləm. Dövlət bunu hansısa formada tənzimləyə biləcəksə, tənzimləsin”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh