İki nömrəli avtobus hər gün niyə yarım saatdan çox gecikir? – Rəsmi AÇIQLAMA

Bakıda avtobusların interval problemi hələ də həllini tapmayıb. Xüsusilə pik saatlarda avtobuslar 20 dəqiqə, yarım saat və daha çox ləngiyirlər. İşinə, evinə gecikən sərnişinlər çarəsiz qaldığı üçün sıxlıqdan yana əyilmiş bu avtobuslarda getməli olurlar. Sərnişin sıxlığından yaranmış xoşagəlməz qoxunun öhdəsindən heç yenicə işə salınmış kondisionerlər də gəlmir. İnterval problemi düzəlməyən avtobuslardan biri də 2 nömrəli marşrutdur. Beynəlxalq Avtovağzal-Nərimanov marşrut xətti üzrə hərəkət edən avtobusu səhər-axşam dəqiqələrlə gözləməkdən bezmiş, səbri tükənmiş yorğun sərnişinlər avtobusda kobudluq edir, sürücü ilə söz savaşına çıxırlar.
Bəs bu marşrut avtobuslarının intervalının çox olmasına səbəb sadəcə tıxaclardırmı?
Nəzərə alsaq ki, eyni xətt üzrə digər avtobuslar müntəzəm hərəkət edir, belə qənaətə gəlmək olar ki, problem məhz qeyd olunan avtobusdadır. Xətt üzrə sərnişin axınına uyğun avtobus sayı düzgün planlaşdırılmadıqda, belə problemlər yaranır.
Az reyslə çox gəlir əldə etmək məqsədi ola bilər...
Sərnişinlər iddia edirlər ki, bəzi marşrut avtobusları bilərəkdən xəttə az buraxılır. Belə ki, avtobusun az olması yanacağa qənaət etmək, yaxud da az reyslə çox gəlir əldə etmək məqsədi ilə də ola bilər – hər halda dolu avtobus daha sərfəlidir.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı BakuBus MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva “Bizim.Media”ya bildirib ki, BakuBus MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti marşrut pasportuna əsasən 7-8 dəqiqəlik intervalla fəaliyyət göstərir və xətt üzrə ümumilikdə 24 avtobus hərəkət edir.
Son günlərdə bu marşrut xətti üzrə pik saatlarda gecikmələr müşahidə olunur. Gecikmələrə səbəb, 9 may tarixindən etibarən Əhməd Rəcəbli-Şəki dairəsi istiqamətində aparılan yol təmir işləridir.
“Təmir işləri ilə əlaqədar olaraq marşrut xəttinin hərəkət trayektoriyası müvəqqəti olaraq dəyişdirilib. Avtobuslar hər iki istiqamət üzrə Şəki dairəsindən keçməklə Uluqbəy küçəsi, Ağa Nemətulla küçəsi ilə hərəkət edir”.
BakuBus MMC 2 nömrəli avtobus sərnişinlərindən tezliklə təmir işləri başa çatanadək yaranan müvəqqəti gecikmələrə görə anlayışlı olmalarını xahiş edir.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











