İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? – AYNA-dan AÇIQLAMA - VİDEO

İli köhnə avtomobillərin taksi xidmətinə qoşulması qanunla qadağan olsa da, sosial şəbəkələrdə bu avtomobillərin taksiyə qoşulması xidməti təklif edilir.
Avtosfer.az-ın məlumatına görə, müxtəlif səhifələrdə bu xidmət müəyyən məbləğ qarşılığında həyata keçirilir. Özü də məhşur taksi şirkətlərindən birinin adı ilə. Bu azmış kimi, son günlər sosial şəbəkələrdə köhnə avtomobillərin taksi xidmətində çalışmasına qoyulan qadağanın aradan götürüləcəyi barədə iddialar yayılıb.
Məsələ ilə əlaqədar taksi şirkətindən bildirildi ki, bu mövzu ilə əlaqədar yayılan məlumatların onlarla heç bir əlaqəsi yoxdur və saxta məlumatlardır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, əvvəlki tələblər qüvvədə qalır.
O da qeyd edildi ki, əgər hansısa icazəsi olmayan taksi sürücüsü şirkətlər tərəfindən işə cəlb olunarsa, yəni ona sifariş ötürülərsə, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.
Qeyd edək ki, yazılan şərhlərdən də aydın olur ki, sosial şəbəkələrdə paylaşılan belə elanlara müraciət edənlər az deyil.
Daha ətraflı videomaterialda.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











