"İmtahanlar taksi xidmətlərində keyfiyyəti artırır" - AÇIQLAMA

Taksi fəaliyyətində keyfiyyətin artırılması, təhlükəsizlik istiqamətində atılan addımlardan biri də imtahanlardır. Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri üçün növbəti imtahanını keçirib.
Belə imtahanlar taksi fəaliyyətinə necə təsir edir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "redaktor.az"a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, imtahanların nəticəsi olaraq, şikayətlər azalıb:
"Son vaxtlar taksi ilə bağlı bir çox mövzular, xüsusilə şikayətlər azalıb. Taksilərdə keyfiyyət baxımından artım müşahidə olunur. Xüsusilə də etik-davranış baxımından problemlərin əksəriyyəti geridə qalıb. İmtahanlar taksi sürücülərinin yalnız nəqliyyat vasitəsini idarə etmək bacarıqlarını deyil, həm də etik davranış və müştəri ilə ünsiyyət bacarıqlarını yaxşılaşdırmağı hədəfləyir. Bununla bağlı ehtiyaca uyğun olaraq təlimlər keçirilib. Müvafiq olaraq tələblərə cavab verən, imtahandan uğurla keçən sürücülər fəaliyyətini davam etdirə biləcəklər".

Qeyd edək ki, sınaqlarda əsas məqsəd xidmətə uyğun olmayan sürücülərin bazardan uzaqlaşdırılması, fəaliyyətlərinin məhdudlaşdırılmasıdır.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











