İran azərbaycanlıları deportasiya edir? — DETALLAR

12 günlük müharibədən sonra İran hökuməti miqrantlara qarşı kəskin addımlar atmağa başlayıb. İlk addımlar bu ölkədə yaşayan 4 milyon əfqan qaçqınları əhatə edib. Son məlumatlara görə, indiyə qədər İran Miqrasiya Xidməti və DİN 300 mindən artıq əfqan qaçqını deportasiya edib. Prosesin davam edəcəyi və bu rəqəmin 1 milyonu keçəcəyi gözlənilir. Lakin gələn xəbərlərdən aydın olur ki, İran Miqrasiya Xidməti və polisi təkcə əfqanları deyil, bu ölkədə yaşayan və biznes fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarını da hədəfə alıb. Avtosfer.az "Tribunainfo"ya istinadən məlumatına görə, İran tərəfi son iki gündə Azərbaycan vətəndaşlarının yaşadığı ünvanlara gələrək, onların deportasiyasına başlayıb. Son iki gündə xeyli sayda həmvətənimizin Miqrasiya İdarəsinə aparıldığı, hətta sənədləri qaydasında olsa belə ölkədən çıxarıldığı deyilir. Son əldə olunan məlumata görə, bir neçə Azərbaycan vətəndaşı İran polisi tərəfindən saxlanılıb. Onlara konkret ittiham irəli sürülməsə də, məhkəmə qərarı ilıə barələrində sutkalıq həbs cəzası kəsilib.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










