İşi daim kompüterlə olanların nəzərinə! - XƏBƏRDARLIQ

Qarışıq, yəni həm təbii, həm də süni işıqlandırma şəraitində işləmək göz sağlamlığı üçün təhlükəli deyil. Avtosfer.az "milli.az"a istinadla xəbər verir ki, bunu rusiyalı oftalmoloq Anna Solovey deyib.
"Görmə orqanlarının gərginliyi və işıqlandırmanın düzgün seçilməməsi ofis əməkdaşları arasında ən çox rast gəlinən problemlərdəndir. "Kompyuterdə işləyərkən otaqda kifayət qədər işıq olmalı və təbii ilə süni işıq arasında balans qorunmalıdır. Baxmayaraq ki, ekran özü işıq saçır və tam qaranlıqda da istifadə etmək mümkündür, lakin bu, monitorun işığı ilə otaqdakı qaranlıq arasında kəskin kontrast yaradır. Nəticədə gözlər daha çox gərginlik keçirir və tez yorulur. Ən optimal variant yan tərəfdən gələn, bərabər paylanmış və diffuz işıqdır. Qarışıq işıqlandırmadan da istifadə etmək mümkündür. Amma birbaşa günəş şüalarının ekrana düşməsi arzuolunmazdır, çünki bu, parıltı yaradır və gözləri yorur", - deyə həkim bildirib.
Solovey televizora baxarkən də oxşar qaydaların vacibliyini qeyd edib: "Ekrana olan məsafə onun dörd diaqonalına bərabər olmalı, otaqdakı işıqlandırma isə göz üçün rahat səviyyədə qalmalıdır. Tam qaranlıqda, xüsusilə gecə televizora baxmaq məsləhət görülmür. Üstdən düşən işıq və ya ekrana birbaşa yönəlmiş lampalar da parıltı yaradır. Ən yaxşısı yumşaq, diffuz işıq mənbəyindən, məsələn, torşerdən və ya televizor arxasındakı işıqlandırmadan - istifadə etməkdir."
Həkim vurğulayıb ki, düzgün işıqlandırma şəraiti gözlərin gərginliyini azaldır və uzunmüddətli görmə problemlərinin qarşısını almağa kömək edir.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










