Qırmızı işığa məhəl qoymayan sürücülər peyda oldu - Polis araşdırmalara başladı - VİDEO

Son günlər sürücülər arasında bir dırnaqarası trend yaranıb. İşıqforun qırmızı işığında keçən sürücülər bu əməllərini çəkib sosial şəbəkələrdə paylaşırlar. Ekspertlərin fikirincə belə sürücülərə qarşı cəzalar sərtləşdirilməlidir.
İşıqforun qırmızı işığına məhəl qoymadan hərəkətinə davam edir.
Hələ bu azmış kimi qanunsuz hərəkətini çəkərək sosial şəbəkələrdə təbliğ edir. Belə görüntülər bir neçə gündür ki, sosial şəbəkələrdə dırnaqarası trendə çevrilib.
Hətta videonu çəkənlər ''keç mənlikdir'' deyib sanki dırnaqarası trendi bir-birlərinə ötürürlər. Görüntüləri izləyən ekspert Elməddin Muradlı deyir ki, işıqforun qırmızı işığında keçmək kobud qayda pozuntusu olmaqla yanaşı, həm də ağır qəzalara səbəb ola bilər.
Qeyd edək ki, sözügedən qayda pozuntularına yol verən sürücü avtomobilinin dövlət nömrə nişanını da çıxarıb ki, yollarda olan xüsusi-texniki vasitələr onun bu qayda pozuntusunu qeydə almasın. Sürücünün yanında əyləşən sərnişinin dizi üstündə olan ''99-MU-354'' dövlət nömrə nişanı bunu deməyə əsas verir. Ekspert onu da təklif edir ki, dəfələrlə işıqforun qırmızı işığından keçən sürücülərə görə inzibati xətalar məcəlləsinə dəyşiklik edilməlidir.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsindən bildirildi ki, həmin kadrlar əsasında qaydaları pozan sürücülər araşdırılır. Onlar aşkar edilib qanunauyğun şəkildə cərimə olunacaqlar.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











