Banner

İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?

Yazarlar 16 Fevral 2026 15:18
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən il ölkə ərazisində 1252 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar 2024-cü illə müqasiyədə 12,3 faiz azdır. Hadisələrdə 689 nəfər ölüb, 1026-sı isə yaralanıb.
Diqqət çəkən məqam odur ki, hadisələrin 44,5 faizi gündüz, 39,4 faizi gecə, 16,1 faizi isə toran vaxtı baş verib. Ümümi baxsaq, yol qəzalarının 55,5 faizi günün qaranlıq və toranlıq vaxtına düşür. Bu o deməkdir ki, yolların işıqlandırılmasına diqqət edilsə bu qədər qəza, bu qədər ölüm baş verməz. Amma səlahiyyətli qurumlar işıqlandırmanı hələ də qulaqardına vurur. Ortada ciddi rəqəmlar var, faktlar var. Di gəl ki, yolların işıqlandırılması məsələsi unudulur.
Yaxşı hal odur ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə azalma var. Qəzaların sayı, ölən və yaralananlar azalıb. Amma qaranlıqda və toranlıqda baş verən qəzaların sayında artım var. 2024-cü ilin bəzi rüblərində bu rəqəm 47 faiz idi, yəni, 50 faizə çatmırdı. 2025-ci ildə isə işıqlandırılmayan yollarda baş verən qəzaların sayı 55 faiz göstərir. Bu səbəbdən də hesab edirəm ki, Azəriqaz İB, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər qurumlar bu məsələyə ciddi yanaşmalıdır.

 

Elməddin Muradlı

Oxunub 230
ŞƏRH YAZ
Ad

E-mail

Şərh