Banner

“İstədikləri vaxtda yolu bağlayıb-açırlar” - Nəqliyyat Eksperti DANIŞDI

Yazarlar 9 Sentyabr 2024 17:17 Oxunub 270
“İstədikləri vaxtda yolu bağlayıb-açırlar”  - Nəqliyyat Eksperti DANIŞDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Formula və tikinti işləri ilə bərabər bir çox ərazilərdə yollar bağlıdır. İnsanlar saatlarla tıxacda qalırlar, ya da ümumiyyətlə, yollardan istifadə edə bilmirlər. Bəs,  əhali necə gedib-gəlsin? Bu problem həll yolunu tapacaqmı?

Avtosfer.az xəbər verir ki, moderator.az-ın məsələ ilə əlaqədar suallarını nəqliyyat eksperti Elməddin Muradlı cavablandırıb.

 

Elməddin Muradlı: “Bakıda 70 metro stansiya tikilməlidir” - VİDEO -  <a href=Avtosfer.az" src="https://avtosfer.az/upload/news/3970516.jpg" />

“Yolda təmir-tikinti işləri aparılanda sözsüz ki, hərəkətin təşkilində müəyyən məhdudiyyətlər, istiqamətlərin dəyişdirilməsi kimi hallar baş verir. Bu təbii haldır, yaşanmalıdır. Ancaq, hesab edirəm ki, nizamlı şəkildə günün müəyyən saatlarına salmaqla, əhalinin dincliyini, rahatlığını pozmamaqla etmək mümkündür. Bunun yollarını tapmaq lazımdır. Mən əminəm ki, məsələnin həll yolu var. Ona görə də insanları narahat etməmək üçün həll yolunu tapmaq lazımdır. Lakin, təəssüf ki,  bu yanaşma hələ də dəyişmir. Əvvəldən qalan ənənələr davam edir. İstədikləri vaxtda yolu bağlayıb-açırlar. Hesab edirəm ki, Nəqliyyatı Əlaqələndirmə Şurası bu məsələlərə köklü yanaşsa, daha yaxşı olar. 

Digər tərəfdən baxdıqda, mövcud vəziyyəti də anlamaq lazımdır. Çünki COP29 ilə əlaqədar daha böyük ərazilər təmir olunur, iş aparılır. Bu dəfə işin arealı daha geniş müstəvidədir. Təbii ki, bunu nəzərə almaq, anlayış göstərmək lazımdır. 

Başa düşürəm ki, burda xəbərdarlıq, nəzarət, güzəşt kimi məsələlər arxa plana keçir. Sadəcə, səbirli və təmkinli olub gözləmək lazımdır ki, məsələlər öz axarında getsin. Nə qədər tələssən də, effektini verməyəcək. Çünki bu  işləri tələsə-tələsə etməyəcəklər. Bu bir başlanğıcdır və düşünürəm ki, proses hələ xeyli vaxt aparacaq”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh