İstismar müddəti bitmiş avtobusların aqibəti necə olur? - EKSPERT AÇIQLADI

"İstismar müddəti bitən bütün nəqliyyat vasitələri istismardan dərhal yığışdırılmalıdır. Lakin bəzən istismar müddəti bitən nəqliyyat vasitəsi Bakıda istifadə edilmədiyi halda rayonlarda hələ də istifadə edildiyinin şahidi oluruq". Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, ümumilikdə bu yanaşma düzgün deyil: "Bakıda ictimai nəqliyyatın fəaliyyəti Bakı Nəqliyyat Agentliyi tərəfindən tənzimlənsə də. bu prosesi respublika üzrə vahid bir qurum tənzimləməlidir. Belə olduqda sistemli işin şahidi ola bilərik. Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyi öz fəaliyyətsizliyini bir daha ortaya qoydu. Ona görə də onların da ictimai nəqliyyatla bağlı fəaliyyətini bir mərkəzdən yəni Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi idarə edə bilər. Bu zaman biz mərkəzləşdirilmiş sistem üzərindən iş qura bilərik. Belə olduğu halda, təbii ki, Bakıda istismardan çıxarılan köhnə avtobusu kimsə rayonda idarə edə bilməz. Əgər qərar verilirsə ki, bu avtobus istismara yarasızdır, bu zaman həmin avtobus istismardan yığışdırılmalıdır. Ümumilikdə avtobus parkımızın 70%-dən çoxu köhnədir. Digər daşıyıcı şirkətlər müəyyən problemlər, xüsusilə Bakı Nəqliyyat Agentliyinin yaratdığı problemlər ucbatından avtobus parkını yeniləyə bilmir. Ümumiyyətlə, Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyat sektoruna çox böyük zərbə vurub. Əsas zərbə dövlətin ayırdığı vəsait hesabına "Baku Bus" avtobuslarının 300-nü 5 il müddətində məhv etdi. Bir tərəfdən də digər daşıyıcı şirkətlərin fəaliyyətinə ciddi maneələr törətdi. Ona görə də zamanla bu prosesi elə tənzimləmək lazımdır ki, daşıyıcı şirkətlər öz avtobus parkını yeniləmək gücündə olsunlar”.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











