İctimai nəqliyyatdan istifadə etmək nə qədər təhlükəlidir? – Koronavirusdan qorunaq
Koronavirus dünyada yayılmağa davam etdikcə, bir neçə hökumət hərəkəti məhdudlaşdırmaq üçün tədbirlər gördü və insanların özləri də uzun səfərlərdən qaçdılar. Bəs təyyarələrdən, qatarlardan istifadə etmək, kruizlərə getmək və ictimai nəqliyyatdan istifadə etmək həqiqətən təhlükəlidirmi?
Qatarlar və avtobuslar
Yeni koronavirusun necə yayıldığına dair birbaşa göstəriş olmasa da, xəstələr asqırdıqda, öskürəndə və ya virus yoluxmuş səthdən nəsə götürdükdə bənzər infeksiyalar hava damcıları ilə ötürülür.
Hər şeydən göründüyü kimi, koronavirus adi bir qrip virusu kimi havada uçmur, ona görə infeksiya daha sıx təmas tələb edir. İngilis səhiyyə sisteminin "yaddaş kitabı"nda yaxın əlaqə ən azı 15 dəqiqə yoluxmuş şəxs ilə ən azı iki metr məsafə olaraq təyin olunur. Buna görə qatarda və ya avtobusda potensial yoluxma riski onların sərnişinlərlə nə qədər doldurulmasından asılıdır. Və bu məsələ həm də səfər vaxtından, marşrutdan və bölgədən asılıdır.
Məsələn, əvvəlki araşdırmalar göstərir ki, tez-tez insanlarla dolu olan metroda tənəffüs xəstəliyinə tutulma şansınız var. Ancaq pik saatlarda səyahət etmirsinizsə və səfər etdiyiniz vaqonda və ya avtobusda az sayda sərnişin varsa, müvafiq olaraq risk də azalır. Salonun nə qədər yaxşı havalandırılması, xadimələrin onu nə qədər təmiz yuduğunu və nə qədər çox məsafə qət etməyiniz vacib məsələdir.
Qlobal Sağlamlıq İnstitutunun doktoru Lara Hose deyir: "Potensial yoluxucu sərnişinlər və səthlərlə təmasınızı minimuma endirmək vacibdir".
Öz növbəsində İngiltərə hakimiyyəti əhaliyə ictimai nəqliyyatdan imtina etmələrini hələ tövsiyə etməyib.
Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla əlaqəli xüsusi məsləhətçisi Devid Nabarro BBC-yə bildirib ki, ictimai nəqliyyatda təhlükəsizlik dərəcəsi məsələsi hələ öyrənilməyib, lakin mövcud məlumatlar göstərir ki, nəqliyyatda olan sərnişinlər arasında yaranan "sürətli təmaslar" mövcuddur.
Təyyarələr
Təyyarədə bir yoluxma daha asan olur, çünki sərnişinlər "köhnə" hava ilə nəfəs alma fikri geniş yayılıb. Əslində, təyyarədəki hava - ofisinizdəki, qatardakı və ya avtobusda olduğundan daha təmiz ola bilər. Təyyarədəki sərnişin sıxlığı ümumiyyətlə çox olsa da, oradakı hava tez-tez yenilənir.
Müxtəlif nəqliyyat vasitələrində havanın keyfiyyətini araşdıran universitetin professoru Purdue Tsinyan Çenin sözlərinə görə, təyyarədəki hava hər 2-3 dəqiqədə tamamilə dəyişir, sərinləşdiricili binalarda isə bu hər 10-12 dəqiqədə bir olur.
Bunun səbəbi təyyarələrin yüksək səmərəli toz süzgəcləri (Hepa) ilə təchiz olunmasıdır. Onlar, sərinləşdirici sistemləri, o cümlədən viruslar ilə təchiz olunmuş adi süzgəclərə nisbətən daha kiçik hissəcikləri çəkə bilirlər.
Bu süzgəclər xaricdən hava çəkir və təyyarə salonunun havası ilə qarışdırılır ki, bu da o deməkdir ki, istənilən vaxt salondakı hava yarı təzədir. Eyni zamanda, iqtisadiyyatın maraq dairəsində olan adi sərinləşdirici sistemləri yalnız köhnə havanı təkrar istifadə edir.
Asqırma və öskürək zamanı havaya düşmüş mikro damcılı virusla yanaşı, insan əli və ya qapı qulpu olsun, bir sözlə, yoluxmuş bir səthə toxunaraq koronavirusa yoluxa bilərsiniz.
2018-ci ildə Atlantadakı Emori Universitetindən olan Viki Hertsberq, qitələrarası uçuşlar edən təyyarələrin salondakı səthlərindən nümunələr götürdü və "bunların sanki qonaq otağınızdan götürüldüklərinə bənzəyir" - müəyyən etdi. Başqa sözlə, təyyarələr və nəqliyyatın digər növləri və obyektləri arasında praktiki olaraq heç bir fərq yoxdur.
Həmçinin, nəqliyyatın yaratdığı risklər vəziyyətində ümumiləşdirməyə dəyməz, çünki bu riskləri azaldan və ya artıran bir çox amil var.
Məsələn, uzaq məsafələr qət edən sərnişinlər salonda daha çox hərəkət edə bilər və əgər onlar xəstədirsə, yoluxma riski ciddi şəkildə artır.
Ümumdünya Səhiyyə Təşkilatının "yaddaş kitabçası"nda bildirilir ki, ən təhlükəlisi - yoluxmuş sərnişinin qarşısındakı iki sıra oturacaqlar, arxasında və yan tərəfində olanlardır.
Bununla yanaşı, 2003-cü ildə Şiddətli Kəskin Tənəffüs Sindromu (SARS) epidemiyası zamanı yoluxmuş sərnişinin uçduğu təyyarələrdən birində yoluxanların 45%-i bu təhlükə zonasından kənarda oturmuşdur.
Burada, digər hallarda olduğu kimi standart tövsiyələri tətbiq edirik: əllərinizi tez-tez yuyun, səthləri dezinfeksiya edin və birdəfəlik əl dəsmalına asqırın və öskürün.
Hava səyahətinin ən təhlükəli tərəfi, təyyarənin dünyanın hər yerində potensial yoluxucu insanları tez bir zamanda çatdırması olaraq qalır.
Kruiz gəmiləri
Fevral ayında Yaponiyada "Diamond Princess" gəmisinin bütün sərnişinləri karantin edildikdən sonra kruiz gəmiləri diqqət mərkəzinə düşdü. Digər gəmi "Grand Princess" - Kaliforniya sahillərində saxlanıldı və 3500-dən onlarla sərnişinin virusdan yoxlanıldığı bildirildi.
Təyyarələrdən fərqli olaraq belə gəmilərdə, bir çox insan çox məhdud bir məkanda uzun müddət əlaqədə, ünsiyyətdə olurlar.
Professor Çenin sözlərinə görə - "kruiz gəmiləri enerjiyə qənaət etmək üçün sərinləşdirici sistemlərində daxili və xarici havanı qarışdırmağı tətbiq edirlər".
"Ancaq problem ondadır ki, bu cür sistemlər 5 min nanometrdən kiçik hissəcikləri süzgəcdən keçirə bilmir" deyərək alim izah edir, 2003-cü ildə isə SARS yayılması zamanı viruslar diametri 120 nanometrdən çox olmamış və sərinləşdirici hava sistemi vasitəsilə gəmi boyunca sərbəst gəzə bilmişdir".
Professor Çenin sözlərinə görə - kruiz gəmilərində xarici havadan istifadə etməklə(təkrar istifadə edərək qənaət etmək əvəzinə) yoluxma riskini azaltmaq olardı.
Natiq Nazimoğlu
Qeyd: Yazı QHT-lərə Dövlət Dəstəyi Şurasının tövsiyəsi ilə Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanıb.