İmtahandan keçə bilməyən taksi sürücüləri - Bazarda tələb-təklif necə qaşrılanacaq?

Yazarlar 11 Mart 2026 23:24
İmtahandan keçə bilməyən taksi sürücüləri - Bazarda tələb-təklif necə qaşrılanacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Taksi sürücüləri üçün imtahandan indiyə qədər 7 810 şəxs kəsilib. Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumatlarda qeyd olunub ki, imtahanda iştirak edən 40 372 nəfərin 32 562 nəfəri uğur əldə edib, 7 810 nəfərin nəticəsi isə uğursuz olub.

Sürücüsü və nömrəsi bəlli olmayan maşın iki piyadanı vurub asfalta çırpdı - VİDEO

Bəs bu qədər sürücünün kəsilməsi təklif-tələb balansına necə təsir edə bilər? Daha keyfiyyətli xidmət, yoxsa xidmət çatışmazlığı ilə bağlı problemlər yarana bilər? 

Avtosfer.az-ın məlumatına görə, "Qaynarinfo"nun suallarını şərh edən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa qeyd edib ki, taksi işləmək üçün imtahanlardan bu qədər çox insanın kəsilməsi qarşıya qoyulan plana mane deyil:

"Bizdə hazırda taksiyə məhdudiyyət qoyulub. Belə ki, ölkə ərazisində taksilərin sayı 25 min olmalıdır, amma hazırda 32–33 min taksi fəaliyyət göstərir. Bu say isə azaldılaraq kvotaya uyğun olmalıdır. İmtahandan keçə bilməyən və ya avtomobilləri taksi fəaliyyəti üçün tələblərə cavab verməyən şəxslər siyahıdan çıxaraq 25 000 taksiyə qədər azaldılacaq.”

Yasin Mustafa vurğulayıb ki, hazırda bu qədər insanın imtahandan keçməməsi, qoyulan say tələblərinə bir o qədər də təsir etmir. Çünki bu gün qarşıya qoyulan əsas prioritet, daha çox tutumlu ictimai nəqliyyat vasitələrindən istifadə edərək sərnişin daşımağa şərait yaratmaqdır:

"Bu gün üçün taksi prioritet deyil. Taksinin qiyməti, sayının azalmasındansa, bu gün maraqlı olan əsas məsələ sıxlığın, tıxacın aradan qaldırılmasıdır. Bunun üçün də daha çoxtutumlu nəqliyyat vasitələrindən istifadə etməkdir”.

Oxunub : 154
ŞƏRH YAZ
Ad

E-mail

Şərh