Banner

İdarəetmənin itirilməsi niyə baş verir? - Dəhşətli qəzaların SƏBƏBLƏRİ

Yazarlar 4 İyun 2023 21:00 Oxunub 25442
İdarəetmənin itirilməsi niyə baş verir? - Dəhşətli qəzaların SƏBƏBLƏRİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qobustan rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən qəza hamıya məlumdur.  Oxşar  qəza Yeni il günündə paytaxtın Heydər Əliyev  prospektində də baş vermişdi. Hər 2 halda qəzaya səbəb kimi idarəetmənin itirilməsi göstərilir. Bəs nəqliyyat vasitəsinin idarəetməsinin itirilməsinə səbəb nədir? Bu suallara xarici ekspertlərin şərhləri əsasında cavab tapmağa çalışacağıq. 

Çoxları düşünür ki, avtomobilin nəzarətdən çıxması qarlı, buzlu havada olur. Buna görə də əlverişsiz havada bir çox sürücü ehtiyatla hərəkət edir. Bu yanaşmada həqiqəıt payı böyükdür. Lakin, Kanada, Skandinaviya və Rusiyadan fərqli olaraq Azərbaycanda üst-üstə 10 gündən çox qar yağmır. Əksər yollarda buzlanma olmur. Elə Çəngidəki qəzada olduğu kimi. Bəs necə olur ki, quru asfaltda avtomobil nəzarətdən çıxır? Ölkədə demək olar hər gecə avtomobilin nəzarətdən çıxması ilə nəticələnən qəza baş verir.

Təbiət qanunlarını dəyişmək mümkün deyil və hər bir fərd bunu nəzərə almalıdır. İstər piyada, istərsə də sürücü. Alman ekspertlər idarəetmənin itirilməsini ilk növbədə şəraitə uyğun olmayan sürətlə izah edirlər. Söhbət yüksək sürətdən getmir. Magistral yolda 100 km/saat sürətlə təhlükəsiz hərəkət mümkündür. Lakin quru yolda, əlverişli havada da 40 km/saat sürət bəzən idarətmənin itməsinə kifayət edir. Belə hal təkcə sərt döngədə deyil, sürücüləri aldadan uzun əyrixətli yollarda tez-tez baş verir. Çəngidəki yol da ciddi hiss olunmayacaq qədər meyllidir. 

Döngədə idarəetmənin itməsinin bir ciddi səbəbi də keyfiyyətsiz təkərlərdir. Yolla kontaktı pis olan təkərlər tormozlama vaxtı avtomobilin traektoriyadan yayınmasına səbəb olur. Bu zaman hərəkəti sükanla korreksiya etmək hər sürücüyüə nəsib olmur. Yol örtüyü pis olduqda isə qəza qaçınılmaz olur. 

Almanlardan fərqli olaraq rusiyalı mütəxəssislər quru yolda idarəetmənin itirilməsini əsasən sürücünün yatması və spitrli içkinin təsiri ilə izah edirlər. Bura sürücünün özünə və avtomobilə arxayınlığı da əlavə edildikdə ortaya nə çıxacağı məlumdur. Digər səbəb isə kəskin sürətlənmə və tormozlamadır.

Azərbaycana gəldikdə isə deyə bilərəm ki, yuxarıda göstərilən səbəblərin hamısını gündəlik həyatımızda görürük. Problemin həlli üçün milli sürücülük modelimiz dəyişməlidir. Bunun görə də sürücülük vəsiqəsinin necə verilməsi deyil, daha çox necə geri alınması qaydalarına yenidən baxılmalıdır. Başqa sözlə, ciddi qayda pozuntusuna görə təkcə cərimə və bal yazılması deyil, sürücülük vəsiqəsininn ləğvi, sürücülük hüququndan çoxillik məhrumetmələr də tətbiq edilməlidir. Dünya praktikası göstərir ki, sürücüləri pul və ya azadlıq itkisindən daha çox vəsiqə itkisi narahat edir.

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh