Banner

Kanalizasiya dolub, çirkli su həyətlərə axır - VİDEO

Yazarlar 13 May 2025 19:48 Oxunub 542
Kanalizasiya dolub, çirkli su həyətlərə axır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində bir neçə gündür kanalizasiya borusu dolub. Bu şikayətlə redaksiyamıza sakinlər müraciət ediblər.

Məlumata görə, sözügedən ərazidə kanalizasiya “lyuk”unun qapağı yoxdur. Boru dolduğu üçün çirkab suları sakinlərin həyətinə və asfalta axır. Pis qoxu ətrafı bürüyüb, yolları çirkab suyu basıb, sakinlər üçün gediş-gəliş çətinləşib. Şikayətçilər qeyd edir ki, 955 Çağırı Mərkəzinə müraciət etsələr də, problem həllini tapmır.

Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ünvanda tullantı su xəttində tutulma baş verib. Müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb edilib və şəbəkənin fəaliyyəti bərpa olunub:

“Diqqətə çatdıraq ki, adətən kanalizasiya tutulmalarına səbəb sakinlərin xətlərə müxtəlif məişət tullantılarını atmaları olur. Belə halların baş verməməsi üçün sakinlərdən xahiş olunur ki, şəbəkəyə tullantı suyundan kənar əşyalar, məişət tullantıları atmasınlar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh