Keçmiş polis rəisinin "parkovşikləri" vətəndaşı ailəsinin yanında döydü - VİDEO
Paytaxtın Ağ şəhər adlanan ərazisində "parkovşiklər" vətəndaşa hücum çəkib. Bu barədə Avtosfer.az-a müraciət edən vətəndaş Elvin Mirəliyev bildirib ki, ailəsi ilə Ağ şəhər ərazisində istirahət etməyə gedib. Bu zaman özünə məxsus 10-VL-011 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobili ərazidə park edib. Çıxan zaman isə özünü parkinq əməkdaşı kimi təqdim edən şəxs ondan pul tələb edib. Pulu vermədikdə isə digər "həmkarları" ilə bərabər ailəsinin yanında ona hücum çəkiblər. Təhqiredici ifadələr işlədib, avtomobilə və vətəndaşa zərbələr endiriblər.
Bununla bağlı vətəndaş Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib.
Qeyd edək ki, vətəndaşı döyən şəxslər özlərini "Çinar parkinq" şirkətinin əməkdaşları kimi təqdim edib. Xatırladaq ki, adıçəkilən şirkət keçmiş polis rəisi, Nizami Qocayevə məxsusdur.
Xatırladaq ki, Nizami Qocayev son olaraq İsmayıllı rayon polis Şöbəsinin rəisi olub.
Fərid
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq










