Reklam

Kənd təsərrüfatı texnikalarına nəzarət gücləndirilib – Yeniliklər olacaq - VIDEO

Yazarlar 23 İyul 2018 11:31 Oxunub 5279
Kənd təsərrüfatı texnikalarına nəzarət gücləndirilib – Yeniliklər olacaq - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüseyn Əzimov: “Bir çox qonşu ölkələr bu texnikalara görə bizə həsəd aparır”

Kombayn və traktor sürmək üçün vəsiqə alan xanımların sayı artıb

 

Son vaxtlar Kənd Təsərrüfatı Nazirliyində baş verən dəyişikliklər bu sahədə xeyli canlanma yaradıb. Sözsüz ki, kənd təsərrüfatı nəqliyyatsız təsəvvür etmək mümkün deyil. Çünki kənd təsərrüfatı texnikaları olmadan bu sahənin inkişafını təsəvvür etmək mümkün deyil. Yəqin çoxlarına məlum deyil ki, Azərbaycanda sürücülük vəsiqəsini təkcə Dövlət Yol Polisi İdarəsi vermir. Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Xidməti də sürücülük vəsiqəsi verir. Lakin bu vəsiqələrlə yalnız kənd təsərrüfatı texnikalarını – komayn, traktor və s. idarə etmək mümkündür. Bu vəsiqələr necə verilir? Kənd təsərrüfatı texnikalarına necə nəzarət olunur? Bu sahədə nə kimi problemlər var? Bu və digər suallara Baş Dövlət Texniki Nəzarət Xidmətinin sektor müdiri Hüseyn Əzimov Avtosfer.az-ın suallarını cavablandırarkən cavab verib. Həmin müsahibəni təqdim edirik:

- Hüseyn müəllim, kənd təsərrüfatı texnikaları önəmli məsələdir. Bəs onların texniki vəziyyəti necə yoxlanılır? Sizin xidmət hansı fəaliyyəti həyata keçirir?

- Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti qeyd etdiyiniz məsələlərlə ciddi məşğul olur. Bizim qurum kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texniki baxışdan keçirilməsi, istifadəyə nəzarətin təşkili və bir sıra digər məsələlərlə məşğuldur. 2017-ci ildə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınmadıqda cərimə nəzərdə tutulur. Baxmayaraq ki, biz mərkəzləşdirilmiş qaydada, elektron şəkildə bu qeydiyyatı aparırıq, həmin təsərrüfat maşınları olduğu regionda qeydiyyata alınır. Həmçinin, regional mərkəzlərdə yaradılmış imtahan şöbələrində hər bir mexanizator imtahan verərək sürücülük vəsiqəsi alır. Tibbi arayış və dövlət rüsumu ödəməklə aldığı vəsiqə ilə kənd təsərrüfatı texnikasını idarə edə bilər.

- Kənd təsərrüfatı texnikası hansı normativ qaydalara uyğun texniki baxışdan keçirilir?

- Bu, həm yol hərəkəti qaydaları, həm daxili normativ aktlar, həm də Nazirlər Kabinetinin 40 saylı qərarı ilə tənzimlənir. Bunun üçün texnikanın harasa getməsinə lüzum yoxdur. Çünki nəzərə alsaq ki, ağır texnikanın hərəkəti çətindir və bir yerdən başqa yerə daşınması üçün əlavə vaxt lazımdır, bu zaman yerində texniki baxışın keçirilməsi daha məqsədəuyğundur.

- Bəzən yolda farası yanmayan, texniki göstəriciləri standartlara uyğun olmayan kənd təsərrüfatı texnikası aşağı sürətlə hərəkət edir. Digər, sürücülərə təhlükə yaradır. Bununla bağlı hansı tədbirlər görürsünüz?

- Bu istiqamətdə müfəttişlərimiz çox ciddi tədbirlər görməkdədir. Mütamadi olaraq bir neçə rayonun müfəttişlərinin iştirakı ilə reydlər keçirilir. Qeyd etdiyiniz hallar aşkarlandıqda həmin nəqliyyat vasitəsi texniki baxışdan keçmədiyi üçün 50, 100, yaxud, 300 manat cərimələnir. Çünki əgər o texniki baxışdan keçsəydi nasazlıq olmazdı. Bəzən reyd zamanı bu cür hallar aşkarlandıqda bizim müfəttişlər özləri həmin sürücüyə kömək edir, işığı xarabdirsa düzəldir, yaxud, elə edirlər ki, heç olmasa evinə qədər gedə bilsin. Bunun üçün öz imkanlarımız çərçivəsində aldığımız işıqqaytarıcıları həmin texnikalara yapışdırırıq.

Həmçinin maarifləndirmə tədbirləri də həyata keçiririk. Texnaz.gov.az saytı vasitəsilə, yaxud səyyar şəkildə görüşlər keçirməklə bu istiqamətdə işlər aparırıq. Regionlarda keçirilən görüşlərdə 200-dən çox mexanizatorla iş aparmışıq. Onlara xüsusi broşurlar paylanılıb, müxtəlif maaifləndirici söhbətlər aparılıb.

- Ötən həftə Goranboy rayonunda traktor aşmışdı və bir nəfər də həlak olmuşdu. Bu hadisəni araşdırdınızmı? Səbəb nə idi?

- Bəli, bu hadisə zamanı qəzanın baş verməsinə əsas səbəb traktorun kabinəsində bir deyil, bir neçə nəfərin olması olub. Çox güman ki, sürücüyə idarəetmədə çətinlik yaranıb və qəza olub.

- Maraqlıdır,  kombayn və traktor idarə etmək üçün xanımlar müraciət edirmi? Sürücülük vəsiqəsi alanlar varmı?

- Bəli, var. Xanım sürücülərimiz az deyil. Hətta bu il taxıl biçinində 3 xanım mexanizator kombaynları idarə etmişdi. Əvvəllər bu cür hallar az idi. Lakin hazırda yeni texnikalar gətirilib. Onları isə idarə etmək nisbətən asandır. Deyərdim ki, bir çox qonşu ölkələr bu texnikalara görə bizə həsəd aparır. Hazırda yaşlı xanımlarla yanaşı Kənd Təsərrüfatı Akademiyasını bitirən gənc xanımlar da müraciət edir. Məsələn, bizim səyyar xidmət Gəncədə olanda 150-dən çox mexanizatordan imtahan götürmüşdü ki, onlardan 30-dan çoxu gənc qızlar idi. Onların əksəriyyəti vəsiqə aldı.

- Bəs xanım, yoxsa kişi mexanizatorlar daha yaxşı idarə edir?

- Mənim fikrimcə daha çox qadın mexanizatorlar diqqətlidir. .

- Sürücülər yollarda ən çox əkin-biçin vaxtı kombaynların, traktorların hərəkəti zamanı əziyyət çəkirlər. Çünki məsələn, kombaynın ön hissəsi böyükdür, yolun yarıdan çoxunu tutur. Yaxud, aşağı sürətlə hərəkət edirlər və böyük sıxlıq. Bunun qarşısını necə almaq olar?

- Bu problem həqiqətən də var. Xüsusən, taxıl biçini, pambıq yığımı vaxtlarında bu problemlər daha çox olur. Bəzən bir rayonda hansısa problem olur və ora texnika getməsi tələb olunur. Ona görə də məcburən gedir. Hazırda bu prosesin qarşının alınması təəssüf ki, mümkün deyil. Burada obyektiv və subyektiv səbəblər də var. Çünki texnikaların çoxu fərdi şəxslərindir. Onlar da sahibkarla müqavilə əsasında işləyir. Düçünürəm ki, hər bir rayonda güclü aqroservislər olarsa bu problem də aradan qalxar.

- Bəzən traktor 2-3 qoşqunu qoşaraq yola çıxır. Buna icazə varmı? Buna necə nəzarət olunur?

- Bu hallar da mövcuddur. Buna vaqon deyilir. Bu cür texnikanı idarə edən sürücü çox təcrübəli olmalıdır. Ən azı 5 kateqoriyası olmalıdır. Biz hansısa inzibati tədbir görə bilmirik. Bizdə belə səlahiyyət yoxdur.

- Kateqoriya demişkən, qeyd etdiniz ki, sizin verdiyiniz sürücülük vəsiqələri üçün 6 kateqoriya var. Bunun hamısını alan sürücülər varmı?

- Bəli kifayət qədər sürücü mövcuddur. Bu sahədə kifayət qədər irəliləyişlər var.

- Bu yaxınlarda YPX əməkdaşları 5 kombayn saxlayıb. Sürücüləri də spitli içki qəbul edibmiş. Görünür ki, işdən sonra içib evə gediblər. Buna necə nəzarət etmək olar? Sizin bu cür səlahiyyətiniz varmı?

- Sahibkarlar texnikanı verəndə buna özləri nəzarət edirlər. Amma biz bunu edə bilmirik. Buna bizim işçi qüvvəmiz də çatmaz. Amma ən azı bu sahədə maarifləndirmə apara bilirik ki, bunu da edirik. Bu barədə bizim müfəttişlər xəbər tutduqda YPX əməkdaşlarını çağırırıq. Amma bu səlahiyyət bizdə olsa düşünürəm, daha çox effekli olar. Çünki bizim müfəttişlər daha çox sahələrdə olur.

- Sizin kənd təsərrüfatı texnikalarını idarə edən sürücülərlə ünsiyətdə hansı problemləriniz var? Qanunvericilikdə hansı dəyişikliklər olsa yaxşı olar?

- Adətən çox problemlər olmur. Amma hərdən sürücülər niyə vəsiqəni göstərməli olduğunu soruşur. Amma istənilən halda elektron qaydada bunu tapmaq mümkündür. Bir çox hallarda sahələrdə iternet zəif olur. Ona görə də, sürücünün kimliyini müəyyən etmək mümkün olmur. Çoxları kabinənin qapılarını çıxarır, nömrəni traktorun üstünə bağlamır, salona qoyur, saxlayıb soruşanda isə deyir ki, hamı belə edir, mən də edirəm. Biz bu hallara qarşı çox ciddi mübarizə aparmışıq, xeyli dəyişiklik var. Çoxları sürücülük vəsiqəsini üstündə gəzdirmir ki, zay olur. Amma biz bunu nəzərə alaraq sürücülük vəsiqəsini plastik formada etmişik ki, tez xarab olmasın. “Yol hərəkəti haqqında” qanunda necə nəzərdə tutulubsa biz də vəsiqələri ona uyğun hazırlamışıq. Bütün qoruyucu elementlər də orada əks olunub. Düşünürəm ki, gələcəkdə bu sahədə çox ciddi dönüş olacaq. Bizə ayrıca nəqliyyat vasitələri verilsə sahələrə gedib texnikalara, sürücülərə tam nəzarət edə bilərik. Ümumən, gördüyümüz işlərin nəticəsi yaxşıdır. İndi traktoru nömrəsiz sürənlərin sayı azalıb, mühərrik hissəsinin qapaqlarını açanlar da həmçinin. Biz onlara izah etdik ki, mühərrik hissəsi açıq qaldıqda bədbəxt hadisə baş verə bilər, geyimi, saçı kəmərə ilişsə dartıb qoparar, faciə baş verər. Maarifləndirmə işləri nəticə verməkdədir.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh