Reklam

Kənddaxili yollar bərbad vəziyyətdədir – Qurumlar sadəcə vəd verirlər - VİDEO

Yazarlar 11 Dekabr 2024 23:42 Oxunub 102
Kənddaxili yollar bərbad vəziyyətdədir –  Qurumlar sadəcə vəd verirlər  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İmişlinin 3 min nəfərə yaxın sakinin yaşadığı Oruclu kəndində kənddaxili yollar palçıq içindədir.

Avtosfer.az-ın məlumatına görə, yol yayda toz-torpaq, qışda isə palçıq olur.

Belə yollarda həm avtomobil sürücüləri, həm də piyadalar hərəkət etməkdə çətinlik çəkirlər.

Sakinlər bildirirlər ki, dəfələrlə İmişli Rayon İcra Hakimiyyətinə, kənd bələdiyyəsinə müraciət etsələr də, sadəcə vəd verilib.

Oruclu kəndi bələdiyyəsinin sədri Məhəmməd İmanov “Xəzər Xəbər”ə  bildirib ki, yolun təmiri ilə bağlı rayon icra hakimiyyətinə müraciət edilib. Yolun çəkilməsi 2025-ci ilin tədbirlər planına salınıb. Bütün sənədlər hazır edilərək aidiyyəti üzrə göndərilib. Smetası  və layihəsi hazır edilərək icra hakimiyyətinin memarlıq şöbəsinə təqdim edilib.

Ətraflı videomaterialda.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh