Köhnə “Prius”lar Azərbaycana nə vəd edir və ya gələcəyin problemi

Əsas məsələyə keçməzdən əvvəl deyim ki, “Prius” modelini seçməyimə səbəb bu modellərin Azərbaycanda geniş yayılmasıdır. Digər markaların hibrid avtomobilləri “Prius”la müqayisədə dəryada damladır. Onu da deyim ki, bizim “Toyota” ilə də heç bir qərəzimiz yoxdur və bu şirkətin istehsal keyfiyyəti şübhə doğurmur.
Azərbaycan bazarının bir maraqlı xüsusiyyəti də müəyyən marka və modellərin gətirilməsi və alınmasının kampaniya xarakteri daşımasıdır. Son 2 ildə hibrid modellər daha çox dəbə minib.
Bəli, hibrid modellər daha mütərəqqi texnologiya olsa da, bizim reallıq bunu hiss etməyə imkan vermir. Səbəb də sadədir: Azərbaycan bazarındakı hibridlərin xırda istisnalarla hamısı köhnədir. Yaxşı vəziyyətdə olanlar da taksidə 6 ay işlədikdən sonra əldən düşür (bu gün taksidə istismar olunan hibridlərin mütləq əksəriyyəti göy tüstü buraxır). Bundan sonra tələb olunan detalların gətirilməsi xarici ticarətdə mənfi saldonu daha da dərinləşdirir.
Ikinci əl hibrid avtomobillərin ən böyük, lakin hələlik ciddi hiss olunmayan təhlükəsi batareyalarla bağlıdır. Bu batareyaların normal istismar müddəti 5 ildir. Bəzi şirkətlər batareyaya 10 il zəmanət versələr də, bu, praktikada təsdiqini tapmayıb. Əksər ölkələr buna görə hibrid avtomobillərin yaşı beşi keçdikdən sonra ondan qurtulmağa çalışır. Çünki batareya həm bahadır, həm də utilizasiyası böyük xərc tələb edir.
Azərbaycanda istismar olunan hibridlərin də çoxunun batareya problemi var. Bu xüsusən də taksilərə aiddir. Dəfələrlə şahid olmuşam ki, Lökbatandan mərkəzə gəlmək üçün Prius sürücüləri batareya probleminə görə, Dairəvi yol əvəzinə daha uzun və tıxaclı Bayıl yolunu seçiblər.
Problem təkcə bununla bitmir. Ölkəmizdə avtomobillərin metal hissələrinin utilizasiyası problemi kortəbii də olsa həllini tapıb. Heç bir sürücü və ya təmir sexi artıq metalı zibilliyə atmır. Lakin sürtkü yağı və akkumulyatorlarla bağlı vəziyyət ürəkaçan deyil. İşlənmiş yağlar ucuz qiymətə rayonlardakı istixanalara satılır ki, bu da lokal ekoloji fəlakət mənbəyidir. Batareyaların taleyi isə naməlumdur.
Vüqar Yaşaroğlu
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










