Kredit götürərkən nələrə diqqət etməliyik? - VİDEO

"Kredit götürərkən vətəndaşların ən çox diqqət yetirməli olduqları məqam kreditin faiz dərəcəsidir". Avtosfer.az xəbər verir ki, bBu barədə Baku TV-yə açıqlamasında iqtisadçı Xalid Kərimli məlumat verib. Onun sözlərinə görə, kredit müqaviləsində həm nominal, həm də effektiv faiz dərəcəsi açıq şəkildə göstərilməlidir:
"Vətəndaş müqavilədə kreditin effektiv faiz dərəcəsini görməlidir. Ola bilər ki, bank kreditin nominal faizini aşağı göstərsin, lakin komissiyalar yüksək olsun və ya bank olmayan kredit təşkilatları bu fəndlərdən istifadə etsin", - deyə iqtisadçı bildirib. Xalid Kərimli əlavə edib ki, Mərkəzi Bankın tələbinə əsasən, təqdim olunan müqavilələrdə effektiv faiz dərəcəsi mütləq qeyd olunmalıdır ki, vətəndaş ümumi öhdəliklərini tam şəkildə dərk edə bilsin: "Vətəndaş həmçinin gecikmə və cərimə faizləri barədə də məlumatlı olmalıdır. Əgər hər hansı səbəbdən ödəniş gecikərsə, nominal faizlə yanaşı, əlavə cərimə faizləri də tətbiq oluna bilər", - deyə o vurğulayıb.
Ətraflı süjetdə:
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










