“Küçədə işıqfor yoxdur, bir gündə iki qəza olur” - VİDEO

“Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektinin Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsində həftədə 2-3 qəza hadisəsi baş verir. Artıq o yoldan istifadə etməyə qorxuruq”. Bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan bir qrup sakin müraciət edib. Vətəndaşların sözlərinə görə, ən son yanvarın 28-də iki qəza baş verib: “Bu qəzalara səbəb işıqforun olmamasıdır. Dəfələrlə işıqfor qoyulması üçün müraciət olunub, lakin bir nəticə yoxdur. Gün ərzində o yoldan istifadə edirik. Bu qədər qəzanı görəndən sonra çox qorxuruq”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, qurumun mütəxəssisləri qeyd olunan yol kəsişməsində təhlillər aparıb və svetofor obyektinin quraşdırılması məqsədəuyğun hesab edilib: “Bununla bağlı təklif hazırlanaraq rəy verilməsi üçün Dövlət Yol Polisinə təqdim ediləcək. Həmçinin, ərazidə hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması üçün yol nişanlarının vəziyyəti də təhlil edilib. Qısa zamanda yol kəsişməsində zəruri olan yol nişanları da təmin olunacaq”.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










