"Kupça" verilməyən torpağı bu şəkildə sənədləşdirmək olar - HƏLL YOLU

"Həmin torpaq sahəsi ilə vətəndaşlar hüquq müəyyənedici sənədlər təqdim etmirlərsə, bu torpaqlara dövlət reyestrindən çıxarış, yəni el arasında "kupça" adlandırılan sənəd verilmir. Bəzən görürsən ki, vətəndaşlar bələdiyyə sənədini gətirir ki, filan bələdiyyə mənə bu qədər torpaq sahəsi satıb. Vətəndaşın sənədinə baxdıqda müəyyən olunur ki, bələdiyyənin verdiyi torpaq sahəsi sadəcə kağızdan başqa bir şey deyil".
Avtosfer.az xəbər verir ki, bu barədə Redaktor.az-a əmlak eksperti Ramil Qasımzadə hansı torpaqlara "kupça" verilməməsindən danışarkən bildirdi:
"Bunun alt sənədləri, hüquq müəyyənedici sənədləri, bələdiyyənin verdiyi sərəncamda torpaq sahəsinin satılması və alınması ilə bağlı qəbz mövcuddursa, o vaxtkı Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaqlarınn vətəndaşa satılmasına dair razılıq məktubu varsa, bu halda o vətəndaşa "kupça" verilə bilər. Bir çox hallarda, hətta torpaq satılması deyil, alınması barədə də bələdiyyə qərarları əsasında vətəndaşın torpaq sahəsinə çıxarış verilmir. 2007-ci ildən sonra isə bələdiyyələr torpaqları çıxarışla öz mülkiyyətinə keçirir. Həmin torpaq sahəsi vətəndaşa yalnız hüquq müəyyənedici sənədləri düzgün olduğu halda çıxarışla satıla bilər".

Ekspert bildirdi ki, əgər əmlak sahibinin hüquq müəyyənedici sənədi yoxdursa, bunları toplamalıdır:
"Məsələn, adamın torpağı var, o vaxtı bələdiyyə verib, amma Dövlət Reyestr Xidmətinə müraciət edir və bildirirlər ki, bu sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Bu halda vətəndaş ilk növbədə bələdiyyəyə müraciət etməlidir. Əgər həmin yerdə yaşayırsa, bələdiyyə də həmin torpaq sahəsinin ona məxsus olmasını sübut edən sənədləri təqdim etməlidir. Əgər təqdim etməsə, onda şəxs məhkəməyə baş vurmalıdır. Məhkəmə vasitəsilə torpağın ona məxsusluğu isbat olunmalıdır. Bir çox hallarda bələdiyyələr yenidən hərrac keçirir. Bu hərrac vasitəsilə vətəndaşın torpağını bir daha özünə satır və bununla da məsələni həll edirlər. İstənilən halda hüquq müəyyənedici sənədlər olmadıqda vətəndaş həmin torpaq sahəsinə dair çıxarış ala bilmir".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










