"m10"un "BakıKart" bölməsi ÇÖKDÜ - Vətəndaşlardan ŞİKAYƏT(YENİLƏNİB)
"m10" elektron pulqabının "BakıKart bileti" bölməsindəki problem artıq həll edilib".
Avtosfer.az xəbər verir ki, bu barədə OxuaAz-a açıqlamasında elektron pulqabının məxsus olduğu "PashaPay" şirkətinin PR meneceri Aygün Əliyeva məlumat verib.
O bildirib ki, vətəndaşlar tətbiqdən rahatlıqla istifadə edə bilərlər.
***
"m10" elektron pulqabının "BakıKart bileti" bölməsində problem yaranıb.
Bu barədə redaksiyamıza vətəndaşlar müraciət ediblər. Onlar tətbiq üzərindən bilet almaqda çətinlik yaşadıqlarını bildiriblər.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Oxu.az-a, pulqabının məxsus olduğu "PashaPay" şirkətinin PR meneceri Aygün Əliyeva bildirib ki, sözügedən müvəqqəti çətinlik mövcuddur və həlli istiqamətində addım atılır:
"Bu, texniki xətadır. Həddindən artıq yüklənmə var, sistem çöküb. Problem 15-20 dəqiqəyə həll olunacaq".