"Marşrut avtobusu sərnişinləri sonuncu dayanacağa qədər aparmır" – ŞİKAYƏT - VİDEO

Bakı şəhər sakinləri 36 nömrəli marşrut avtobusunun sonuncu dayanacağa - metronun "Ulduz" stansiyasına qədər getməməsindən şikayətçidirlər.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən avtobus dəfələrlə sərnişinləri Ziya Bünyadov prospektində mağazanın qarşısında düşürüb və yenidən birinci dayanacağa qayıdıb.
Sakinlər qeyd ediblər ki, sxem üzrə avtobus sonuncu dayanacağa qədər getməlidir, buna baxmayaraq sürücü sərnişinləri yolun yarısında endirərək mənzil başına çatdırmır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, AYNA tərəfindən daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi, sərnişindaşıma qaydalarına ciddi riayət edilməsi və sürücü barədə tədbir görülməsi ilə bağlı tapşırıq verilib. Məsələ nəzarətə götürülüb.
Sözügedən şikayətə dair görüntünü təqdim edirik:
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq










