Maşın alqı-satqısında dələduzluq edənlər 6 min manat cərimələnə bilərlər - VİDEO

Avtomobil alarkən hər kəs etibarlı seçim etmək istəyir. Amma bəzən alıcılar elə dələduzluqlarla qarşılaşırlar ki, həm maddi ziyana düşür, həm də hüquqi cəhətdən problemlərə tuş gəlirlər. Avtomobillərin qiymətinə müxtəlif nüanslar təsir edir. Bura istehsal ili, mühərrikin həcmi, texniki vəziyyəti, qəzaya düşüb-düşməməsi və digər məqamlar aiddir. Maşının qiymətinə ən çox təsir edən amillərdən biri də onun indiyədək qət etdiyi məsafədir. Azərbaycanda avtomobillərin qiymətini süni surətdə artırmaq üçün bəzi işbazlar kilometrajı geri çəkir. Bazarda xaricdən gələn avtomobillərin VIN-kodlarının silinməsi, qəza keçirmiş maşınların təzə adı ilə satılması hallarına da az rast gəlinmir.
Bəs dələduzluğa əl atanları hansı cəza gözləyir?
Avtosfer.az xəbər verir ki, hüquqşünas Hikmət Əliyev Baku TV-yə məsələ ilə bağlı açıqlama verib. "İstehlakçıya 300 manatdan az maddi zərər vurulduğu halda fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2 min manatadək, hüquqi şəxslər isə 4 min manatdan 6 min manata qədər məbləğdə cərimə edilə bilərlər. 300 manatdan çox ziyana uğradıqda isə 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər növündə cəza nəzərdə tutulur", - deyə o bildirib.
Daha ətraflı süjetdə:
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










